İdman

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

14 Noyabr 2026 21:13
Baxış: 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binadan çıxdıqdan sonra qara rəngli avtomobildən ona atəş açılıb.

Güllələrdən biri Davudovun başına dəyib. Ağır yaralanan samboçu xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Silahlı hücumu törədən şəxslər hadisə yerindən qaçıblar.

Qeyd edək ki, Məhəmməd Davudov 2016-cı ildə cüdo üzrə Avropa Kubokunun qalibi, 2023-cü ildə isə sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.