Cəmiyyət

Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)

14 Noyabr 2026 21:11
Baxış: 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda daha bir vəkil həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil bu gün məhkəməyə çıxarılıb.

Hakimin qərarı ilə R.Abışov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Raman Abışov dövlətə xəyanətdə və başqa ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili idi. K.Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edirdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.