Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.
Bu barədə Milli.Az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
"Dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir.
Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur.
Heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır.
Eyni zamanda, məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək.
Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək", - deyə bildirilib.
Qeyd edək ki, Xətainin heykəlinin üzərində kiçik hərflərlə "Nəvəm İsmayıl Atakuşevə həsr olunur - İbrahim Zeynalov" (həm də rusca - red.) sözləri yazılıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib





