Cəmiyyət

Bakının içməli su sistemi dəyişir

29 Sentyabr 2026 15:36
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Hazırda beynəlxalq maliyyə institutlarının iştirakı ilə mütəxəssislər cəlb edilərək müvafiq qiymətləndirmə işləri aparılır. Gələn il ərzində isə müvafiq tender prosedurlarının həyata keçirilməsi nəzərdə tutulur".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "BakiBaku" saytına müsahibəsi zamanı deyib.

Z.Mikayılov "Bu il yayda baş verən Oğuz-Qəbələ-Bakı kəməri qəzasından sonra əsas magistral xəttin payıza qədər tam bərpası təmin olunubmu?" sualına cavab olaraq fikirlərinə belə davam edib:

"Magistral su xətlərinin bərpası yalnız Oğuz-Qəbələ-Bakı kəmərini deyil, həmçinin Bakı şəhərinin içməli su ilə təmin edilməsində iştirak edən bütün mənbə qurğularını əhatə edəcək. Bu bərpa işləri nəticəsində Bakı şəhərinə daxil olan suyun keyfiyyətinin yaxşılaşdırılması, eləcə də su təchizatı sisteminin məhsuldarlığının artırılması təmin olunacaq".

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.