Cəmiyyət

Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi

28 Sentyabr 2026 13:13
Baxış: 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 17-20°, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı mümkündür.

Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19°, gündüz 22-27° isti olacaq. Dağlıq ərazilərdə gecə 3-6°, gündüz 6-10° isti təşkil edəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.