Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Payızın sərin günləri başlayıb. Qarşıdakı aylarda kombidən daha çox istifadə ediləcəyi üçün qış gəlməmiş istilik sistemini yoxlatdırmaq vacibdir. Vaxtında aparılmayan kiçik bir yoxlama isə qışın ortasında həm evin yaxşı isinməməsinə, həm də qaz xərcinin artmasına səbəb ola bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər soyuqlar başlamazdan əvvəl kombinin və radiatorların vəziyyətinin yoxlanılmasını məsləhət görürlər.
Kombi işləsə də, ona texniki qulluq göstərilməməsi zamanla cihazın səmərəliliyini azalda bilər. Bu zaman evin lazımi temperaturda saxlanması üçün kombi daha uzun müddət işləyir və nəticədə daha çox enerji sərf olunur. pizza
Kombiyə qulluq niyə vacibdir?
İnternetdə kombiyə qulluqdan sonra qaz sərfiyyatının dəqiq müəyyən faiz azalacağı ilə bağlı müxtəlif məlumatlara rast gəlmək mümkündür. Lakin belə bir rəqəm bütün evlər üçün eyni ola bilməz. Qaz sərfiyyatına evin sahəsi, divar və pəncərələrin istilik izolyasiyası, çöldəki temperatur, seçilən otaq temperaturu və kombinin vəziyyəti kimi bir sıra amillər təsir edir. Bununla belə, saz vəziyyətdə olan və düzgün tənzimlənən istilik sistemi enerjinin boş yerə sərf olunmasının qarşısını almağa kömək edir.
Radiatorun bir hissəsi soyuqdursa...
Qışa hazırlaşarkən yalnız kombinin işləyib-işləmədiyini yoxlamaq kifayət deyil. Radiatorların alt hissəsinin soyuq qalması, sistemdə havanın toplanması və ya radiatorların qarşısının mebel, qalın pərdə və digər əşyalarla bağlanması istiliyin otağa yayılmasına mane olur. Bəzi hallarda radiatorun tam isinməməsi sistemdə texniki problem olduğunu göstərə bilər. Belə vəziyyətdə mütəxəssis tərəfindən yoxlama aparılması daha məqsədəuyğundur.
Ustalar həmçinin radiatorların təmizlənməsi ilə kombiyə illik texniki qulluğun eyni olmadığını bildirirlər. Hər il səbəbsiz yerə radiatorlara kimyəvi maddələrlə təmizləmə tətbiq etmək əvəzinə, əvvəlcə istiliklə bağlı problem olub-olmadığı müəyyənləşdirilməlidir.
Qaz pulunun çox gəlməməsi üçün bunlara baxın
Kombini qışın ən soyuq günlərində işə saldıqdan sonra nasazlıq aşkar etmək həm narahatlıq yaradır, həm də təmir üçün gözləməyə səbəb olur.r. Buna görə soyuqlar tam başlamamışdan əvvəl kombinin ümumi vəziyyətini yoxlatdırmaq, su təzyiqinə nəzarət etmək və radiatorların normal qızıb-qızmadığını müəyyənləşdirmək faydalıdır. Evdə otaq termostatından istifadə də temperaturun daha düzgün tənzimlənməsinə kömək edə bilər. Pəncərə və qapılardan soyuq hava daxil olursa, həmin yerlərdəki boşluqların aradan qaldırılması da istiliyin evdə daha uzun müddət qalmasına imkan verir./yenisabah
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
-
Aslan Fətullayevin dəfn vaxtı və yeri açıqlandı
-
Bu yolda sola dönən sürücülər cərimələnir
-
Ayın 13-də sərt şaxta olacaq - Proqnoz
-
Pensiyalarla bağlı şad xəbər verildi
XƏBƏR LENTİ
-
“Fənərbağça” “Real”ın ulduzuna elçi düşdü
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
-
“Kızılcık Şerbeti”nin aktrisasının dəfninə niyə qatılmadığını açıqladı
-
İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
-
Bakıda böyük söküntü: 3500 manat kompensasiya...
-
“Aşk-ı Memnu”nun aktrisası dəyişib belə oldu - (Fotolar)
-
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub - (Foto)
-
“Barselona” stadionunda vəfat edənlərin külü saxlanılacaq
-
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - (Video)
-
Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın sabit dövlətçiliyə keçidinin simvoludur - Sevil Mikayılova
-
Qəza törədib atasının ölümünə səbəb oldu - Məhkəmə qərar verdi
-
Aslan Fətullayevin dəfn vaxtı və yeri açıqlandı
-
Bu yolda sola dönən sürücülər cərimələnir
-
Ayın 13-də sərt şaxta olacaq - Proqnoz
-
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat etdi
-
Pensiyalarla bağlı şad xəbər verildi
-
İşlənmiş maşınlar ucuzlaşa bilər
-
Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?
-
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə xəbərdarlıq
-
Gələn ilin büdcəsindən mediaya 68 milyon manat ayrılacaq
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
-
Berdan Mardini 15 yaş kiçik arvadından "ildırım sürəti" ilə boşandı – Əkizləri olacaqdı - (Foto)





