İdman

UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı

27 Sentyabr 2026 08:57
Baxış: 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın futbol üzrə milli komandası bu gün UEFA Millətlər Liqasında ilk oyununu keçirəcək.

Milli.Az xəbər verir ki, D Divizionunda yer alan yığmamız 2-ci qrupun açılış qarşılaşmasında Litva millisi ilə üz-üzə gələcək.

Kaunas şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Matçın baş hakimi Kiprdən olan FIFA referisi Menelaos Antoniu olacaq.

Azərbaycan millisi qrup mərhələsində növbəti qarşılaşmasını oktyabrın 1-də keçirəcək. Komandamız həmin gün Bakıda Lixtenşteyn seçməsini qəbul edəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.