“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Media və sosial şəbəkələrdə deputat Fəzail İbrahimlinin bir müddət öncə qarpız satıcısı ilə yaşadığı insident ətrafında müxtəlif məlumatlar yayılıb. Bununla bağlı iddialarda qeyd olunur ki, deputatın şikayətindən sonra qarpız satıcısı işini itirib.
Milli.Az xəbər verir ki, "Modern.az" məsələ ilə bağlı ictimai müzakirələri nəzərə alaraq deputatla əlaqə saxlayıb.
Deputat hadisənin necə baş verdiyini danışıb:
"Yol kənarında qarpız satıldığını gördüm və istədim ki, qarpız alım. Satıcı qarpızlardan bir-ikisini kəsdi, ağ çıxdı. Mən də doğrusu, buna ziyan olmasın deyə istədim ki, həmin qarpızların pulunu verim və uzaqlaşım. Zəhmətkeşdir, qarpız satır. Dedim ki, əziz qardaşım, sən daha kəsmə, malını ziyan etmə. O isə mənə dedi ki, "bilirəm, sən xeyir verənə oxşamırsan". Bundan sonra mənə qarpız verənləri də söyməyə başladı, əsəbiləşdi.
Mən də dedim ki, dünyanın axırı deyil, qarpızının ağ çıxması mənim günahım deyil. Mən də alıcıyam, niyə narahat olursan? Hər şey qaydasına düşəcək. Yenə dedi ki, "sir-sifətindən xeyir verənə oxşamırsan". Dedim, cavan oğlansan, niyə məni ittiham edir, üstümə gəlirsən?"
F. İbrahimli bildirib ki, bundan sonra vəziyyət daha da gərginləşib:
"Bu sözü deyəndə əlində qarpız kəsən bıçaq vardı və onu düz mənim çənəmin altında saxladı. Hadisələrin gedişinə baxmayaraq, mən deyəsən ikinci dəfə hüquqlarımı müdafiə etməli oldum. Başladı deməyə ki, "sən Allahsan, nəsən, səni niyə tanımalıyam?" Mənə yaxın gələndə gözünün içinə baxdım və gördüm ki, özü-özündə deyil. Obyektiv və ya subyektiv baxımdan insan özündə deyildi, sanki başqa aləmdə idi.
Hər dəqiqə əlindəki bıçaqla xəta törədə bilərdi. Bıçağı yelləyə-yelləyə danışırdı. Mənə "qarnını cıraram, başını kəsərəm" demirdi, amma bıçağı yelləyə-yelləyə düz çənəmin altında dayanmışdı. Mən də oradan tez uzaqlaşdım".
Deputat qeyd edib ki, şikayət etməkdə məqsədi satıcıya qarşı ağır tədbir görülməsi olmayıb:
"Mənim yerimə həmin jurnalistlər, yaxasını cıranlar, söyüş söyənlər olsaydı, nə edərdi? Mən özümü müdafiə etmək üçün yox, o adamın oraya gələn hər bir insana xətər yetirə biləcəyini düşündüyüm üçün məsələyə müdaxilə etdim. Mən bununla rəftar edə biləcəyim halda "qaçım, məndən keçdi, qardaşıma dəydi" prinsipi ilə uzaqlaşaraq məsələni qoyub gedə bilməzdim. Bu insan tərbiyə olunmalıdır.
Mənim statusum, toxunulmazlığım var. Hüquqlarımı müdafiə etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Çox uğurla və qısa müddət ərzində nəticə verdi, onu apardılar. Məqsədim ona cinayət işi açdırmaq deyildi. Məqsəd onun islah olunması, abır-ismətini özünə yığıb işi ilə məşğul olması idi".
F.İbrahimli satıcının cərimələndiyini də bildirib:
"Özünün dediyinə görə, 50 manat cərimə olunub. Sual olunur ki, düzgün adamdırsa, niyə cərimə olunub? Bu gün KİV yeni, oxunaqlı mövzu tapıb ki, guya bu adam işini itirib və iki aydır ac-yalavacdır. O, gözünün içinə qədər yalan danışır. O, işini mənə görə yox, işlədiyi köşkün yerinə görə itirib. Onu oradan daima tərbiyəsizlik etdiyi üçün qovublar. Özünü elə qələmə verir ki, guya bunun köşkü olub, mən dağıtdırmışam. Halbuki o, sadəcə satıcı idi. Sonuncu hadisədən sonra ağıllı adam onun işinə yaramadığını görüb və onu qovub. Köşk də yerindədir, onun yerinə başqası işləyir".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - (Foto)
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
XƏBƏR LENTİ
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - (Foto)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)





