2027-ci ildə pensiyalar nə qədər artacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir.
Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, pensiyaların artırılması əsasən pensiya məbləğlərinin indeksləşdirilməsini nəzərdə tutur. "Əmək pensiyaları haqqında" Qanuna görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə ortaaylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir. Proses hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların Dövlət Statistika Komitəsinin açıqladığı ortaaylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq həyata keçirilir. Yəni əvvəlki ildə ölkədə ortaaylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da o qədər artırılır. İndeksləşdirmə ölkə başçısının bu barədə müvafiq sərəncamına əsasən reallaşdırılır.
Artımın nə qədər olacağına gəldikdə isə 2026-ci il yekunlaşmadığından il üzrə ortaaylıq əməkhaqqının artım göstəricisi məlum deyil. Bununla belə, bir qayda olaraq əməkhaqqı artımları ilin birinci yarısında həyata keçirildiyindən illik göstərici də əsasən bu dövrdə formalaşır. Məsələn, 2025-cı ilin yanvar-iyul aylarında əməkhaqlarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artım qeydə alınıb. 12 aylıq artım göstəricisi isə bundan ciddi fərqlənməyərək 9,3 faiz təşkil edib. Eyni vəziyyət əvvəlki illərdə də müşahidə olunub.
2026-cı ilin yanvar-iyul aylarında isə ölkə üzrə əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artıb. Lakin maraqlıdır ki, 7 ay üzrə artım tempi illik artım proqnozunu üstələyib. Belə ki, 2026-cı ildə orta aylıq əməkhaqqı məbləğinin təxminən 6 faiz artacağı proqnozlaşdırılıb.
2026-cı ildə əməkhaqqı artımı əsasən ilin birinci rübündə formalaşıb. Belə ki, yanvar ayında orta aylıq əməkhaqqının artımı 3,8 faiz olsa da, yanvar-mart ayları üzrə bu göstərici 6,2 faizə yüksəlib. Sonrakı 4 ayda isə cəmi 1 faiz bəndi artıb.
Qeyd edilənlər 2026-ci ildə ortaaylıq əməkhaqqının təxminən 8 faiz artacağına işarə edir. Bu da əmək pensiyalarının 2027-ci ildə bu həddə artacağını deməyə əsas verir. Belə olan halda 2027-ci ildə hazırda 400 manat pensiya alan şəxsin pensiya məbləği 32 manat artaraq 432 manata, 500 manat pensiya alanın isə 40 manat artaraq 540 manata yüksəlmiş olacaq. Xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiya məbləğlərində də eyni qaydada artım tətbiq ediləcək.
Pensiyaların qeyd edilən indeksləşdirilmə göstəricisi reallaşacağı halda 2026-cı il üzrə proqnozlaşdırılan 5,7 faizlik orta inflyasiyanı üstələmiş olacaq. Bu da əmək pensiyalarının alıcılıq qabiliyyətinin növbəti ildə də qorunub saxlanılacağı deməkdir.
Qeyd etmək yerinə düşər ki, pensiyaların məbləğlərinə, həmçinin minimum pensiya məbləğinin artırılması da təsir edir. Belə ki, minimum pensiya məbləğinin artırılması bu həddə pensiya alanların pensiyasının artmasına imkan verir. Pensiyaların minimum məbləği sonuncu dəfə 2025-cü ilin fevralın 1-də 40 manat artırılaraq 320 manata çatdırılıb. Bu göstərici "Əmək pensiyaları haqqında" Qanuna dəyişiliklik edilməklə artırılır. Onu da qeyd edək ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80 faizində saxlanılacağı bildirilib. Bu mənada hazırda minimum pensiya məbləği minimum əməkhaqqının (400 manat ) 80 faizinə bərabərdir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
-
Metroda iş saatı uzadılır
-
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - (Video/Foto)
-
Bu şəxslərin maaşı və pensiyası artırılır
XƏBƏR LENTİ
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu - (Foto)
-
UEFA Millətlər Liqasında ilk gün: 8 matç keçiriləcək
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
-
Hande Erçel CeyLo ilə - (Foto)
-
Metroda iş saatı uzadılır
-
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - (Video/Foto)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başladı
-
Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)
-
Azərbaycan nefti 121 dolları keçdi
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Bu şəxslərin maaşı və pensiyası artırılır
-
Nuri Əhmədov vəfat etdi
-
2027-ci ildə pensiyalar nə qədər artacaq?
-
Neftin qiyməti ucuzlaşdı
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Formula 1 həftəsində xarici media Azərbaycan irsi ilə tanış olub - (Foto)
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir





