Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Həkimlər sümüyümdən analiz götürəndə ombamı sındırdılar. Həm onkoloji xəstəlik, həm də sınıq üst-üstə gəldi. Məni onlar xəstə etdi. Həkim səhlənkarlığı ucbatından bu günə qaldım. Sümüyümdən 3 dəfə sümük qopartdılar. Yaşlı adamam da, sümük nə qədər tab gətirə bilər?! Bu mənim canımdan qopur da. Sınıq ağrısı necə ola bilər? Barmaqlarımdan ayaqlarıma qədər ağrıyıram".
Milli.Az Moderator.az-a istinadən xəbər verir ki, bu sözləri Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Əməkdar artist Hicran Nəsirova deyib.
"Türkiyədə iki həkim sınığı gördü və ilk sualı bu oldu ki, yıxılmısan?! Dedim ki, yox. Soruşdular ki, bəs bu sınıq hardandır?! Dedim ki, analiz götürəndə sındırıblar. Həkimlərin gözü kəlləsinə çıxdı ki, belə analiz götürərlər?! Çəkici elə vurublar ki, sümük sınıb. Onsuz da sümüyüm ovulub gedir. Bir tərəfdən də həmin yerdə onkologiya var, o da sümüyü məhv edir. Mənə ayda 1 dəfə sümük iynəsi vurulur. O özü 800 eurodur. İndi görün də. Deməsinlər ki, təqaüd alır, pensiya alır. Vallah hamısı dərmana, iynəyə gedir",- o bildirib.
Hicran Nəsirova qeyd edib ki, bütün günü evdə olur və sənət üçün darıxır:
"Xalq artisti Səidə Quliyeva vaxtaşırı mənimlə əlaqə saxlayır. Digərləri də yadlarına düşəndə zəng edirlər. Heç kimi qınamıram da. Hər kəsin işi-gücü var, məşq edirlər, ailələri ilə məşğul olurlar. İndi heç sənət də yada düşmür. Heç nə gözümdə deyil. Əvvəl heyfislənirdim ki, yaş gedir, mən çatdırmadım, bu rolu mənə vermədilər. İndi canımla əlləşirəm. Hamıya can sağlığı arzulayıram. Aktyorluq elə bir sənətdir ki, orada mütləq sağlamlıq lazımdır. Hazırda nəvələrimlə günümü keçirirəm. Oturub-dura bilmirəm. Balaca nəvəmin 4 yaşı var. Deyir ki, "nənə, gəl sənə kömək edim, otur-dur". Onlardan bir az stimul alıram".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





