İdman

Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi

10 Noyabr 2026 05:06
Baxış: 95
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.

Milli.Az xəbər verir ki, bu barədə İspaniya çempionatının mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında "Real" oktyabrda keçirdiyi hər üç çempionat oyununda qələbə qazanıb. Madrid təmsilçisi "Vilyarreal"ı 1:0, "Sevilya"nı 4:1, "Barselona"nı isə 2:1 hesabı ilə məğlub edib.

Hazırda La Liqanın turnir cədvəlinə 12 oyundan 33 xal toplayan "Barselona" başçılıq edir. "Real" 30 xalla ikinci, "Atletiko" isə 28 xalla üçüncü pillədə qərarlaşıb.

İlk beşliyi 26 xalla "Betis" və 22 xalla "Real Sosyedad" tamamlayır./Lent.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.