Sağlamlıq

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03
Baxış: 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib.

Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:

"Üzüm, qaragilə, qırmızı soğan, böyürtkən və qırmızı kələm".

E.Derbişirin sözlərinə görə, bu qidaların tərkibində damar funksiyasına, xolesterin səviyyəsinə və qan təzyiqinə müsbət təsir edən antosianlar var.

Dietoloq qeyd edib ki, qırmızı soğanda antosianlarla yanaşı, təzyiqi salmağa kömək edən kversetin maddəsi də mövcuddur. Qırmızı kələmin tərkibində isə bu birləşmələrin onlarla növü cəmlənib.

Bununla belə, ekspert vurğulayıb ki, bu qidaların heç biri hipertoniyanın tam qarşısını ala və ya həkim müalicəsini əvəz edə bilməz.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.