Şou-biznes

Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)

9 Noyabr 2026 13:05
Baxış: 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xalq artisti Fatma Mahmudova qızı Nigarın evini nümayiş etdirərkən göz yaşlarına hakim ola bilməyib. Aktrisa qızının baş tutmayan evliliyindən danışaraq yaşadığı məyusluğu dilə gətirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Xalq artisti Space TV-yə müsahibəsində bu sözləri deyib:
"Bura Nigarın evidir. Dövlətimə təşəkkür edirəm, viran olan, uçuq-sökük evin yerinə bizə bu evi bağışladılar. Amma bir arzumuz var idi, o da ürəyimizdə qaldı. Mərdimazara lənət olsun, mən bunu deyəcəyəm. Kim bu işdə mərdimazarlıq elədisə, onun da balasının qabağına çıxsın.
Mən imkanlı adam deyiləm. Amma cehizlik əşyaları, mebeli aldım, qırmızı lentlə bağlı qaldı. İnsan insana belə mərdimazarlıq eləməz".

Xatırladaq ki, bu ilin mayında Xalq artisti Fatma Mahmudovanın qızı, aktrisa-müğənni Nigar Tofiq duet ortağı Xan Qaraxanlı ilə nişanlanmışdı. Lakin sentyabr ayında Xalq artisti bu izdivacın baş tutmayacağını və nişanın qaytarıldığını açıqlamışdı.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.