Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə investisiya fondları ilə bağlı aparılan genişmiqyaslı cinayət işi çərçivəsində daha iki yüksək vəzifəli şəxs həbs olunub.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Türkiyənin "Haberler" nəşri məlumat yayıb.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Bank Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) sədr müavini Muhammet Erişen və "Adil Katılım Bankı"nın baş direktoru Murat Yönaç həbs edilərək cəzaçəkmə müəssisəsinə göndəriliblər.
Bundan başqa, eyni istintaq çərçivəsində saxlanılan BDDK-nın digər yüksək vəzifəli əməkdaşlarından Bilal Soysalın da həbs edildiyi bildirilir.
Qeyd edək ki, Türkiyədə kapital bazarlarında şübhəli əməliyyatlar və investisiya fondlarında baş verən qeyri-adi maliyyə hərəkətləri ilə bağlı genişmiqyaslı istintaq aparılır.
İstintaqın əsas istiqamətlərindən biri bazar manipulyasiyası, qanunsuz gəlir əldə edilməsi və maliyyə vəsaitlərinin mənimsənilməsi iddialarıdır.
Türkiyənin Kapital Bazarları Şurası 17 sentyabr 2026-cı ildə yeddi portfel idarəetmə şirkətinə məxsus 131 investisiya fondunun alqı-satqısını dayandıraraq onların ləğvi barədə qərar qəbul edib.
İş üzrə indiyədək bir sıra tanınmış şəxslər də həbs olunub. Onların arasında Türkiyənin keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, "Tera Yatırım Holding"in İdarə Heyətinin sədri Emre Tezmen, iqtisadçılar Emre Alkin və Kerem Alkin, "Altınbaş Holding"in sahibi Nusret Altınbaş, "Türkiye Sigorta"nın keçmiş baş direktoru Taha Çakmak da var.
Araşdırma çərçivəsində keçmiş SPK sədr müavini Enver Usca və qurumun digər sabiq rəhbər şəxsləri barəsində də həbs qərarları verilib.
İnvestisiya fondlarına pul yatıran vətəndaşların vəsaitlərinin qaytarılması prosesi isə mərhələli şəkildə davam etdirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb
-
İmişlidə ağır qəza: Ölənlər var
-
“Nvidia”nın rəhbəri xəyanətə görə üzr istədi
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir - (Foto)
-
“Yaprak Dökümü”nün aktrisası illər sonra - (Foto)
-
Demet Akalın konserti yarımçıq dayandırdı – Tamaşaçıya elə sözlər dedi ki... - (Video)
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür
-
Gülüstan Əliyeva: "Xanım məmurun dediyi sözlərdən ağlamağa başladım" - (Video)
-
Tramp: “Ümid edirəm ki, cənnətə düşəcəm"
-
Aygün Kazımovadan Namiqlə bağlı paylaşım - (Foto)
-
Hadise qardaşı qızı üçün mahnı oxudu – Makiyajsız görüntüsü diqqət çəkdi - (Video)
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
Bu ərazilərə qar yağdı (Foto)
-
Pilot namazını təyyarədə qıldı - (Video)





