Türkiyə

Türkiyədə dəhşətli qəza: 9 ölü var (Foto)

8 Noyabr 2026 09:24
Baxış: 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Van vilayətinin Özalp rayonunda mikroavtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 7-də Özalp-Saray avtomobil yolunda, Çalımlı məhəlləsi yaxınlığında baş verib.

Məlumata görə, TIR-la sərnişin mikroavtobusunun toqquşması nəticəsində ağır qəza baş verib. Hadisə yerinə polis, jandarma, AFAD, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər. Qəza ilə əlaqədar bir müddət bağlı qalan yolda nəqliyyatın hərəkəti nəzarət altında bərpa edilib.

Van valisi Ozan Balcı bildirib ki, yağış səbəbindən yolun sürüşkən olması qəzaya səbəb olub. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.