Ölkə

Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)

7 Noyabr 2026 22:40
Baxış: 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026-cı ilin 7 noyabr tarixində Meksikada Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyan, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən misilsiz qələbənin rəmzi olan 8 noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub. 

Mexiko şəhərinin ən əhəmiyyətli və emblematik prospektlərindən biri olan tarixi Reformada yerləşən, Azərbaycan xəritəsi abidəsinin də olduğu Meksika - Azərbaycan Dostluq Parkında baş tutan tədbirdə Meksika Hərbi Dəniz Qüvvələrinin simfonik orkestri tərəfindən Azərbaycan və Meksika himnləri səsləndirilib. Azərbaycan xəritəsi abidəsinin qarşısına əklil qoyulub.

Tədbirdə Azərbaycanın Meksikadakı Səfirliyinin kollektivi, Azərbaycan diasporunun üzvləri, Meksika ictimaiyyətinin nümayəndələri iştirak edib.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.