Şou-biznes

Meqan Marklın atası həbs edildi - (Foto)

7 Noyabr 2026 20:34
Baxış: 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur.

Milli.Az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarında həbs edilib.

Bildirilib ki, Tomas Markl uşaqlara qarşı seksual zorakılıq materiallarını saxlamaqda ittiham olunur. Onun saxlanılması bir neçə ölkəni əhatə edən genişmiqyaslı istintaqın nəticəsi kimi təqdim edilir.

Nəşrin məlumatına əsasən, araşdırmanın əsas epizodlarından biri Marklın Meksikada kirayələdiyi saxlanc anbarının yoxlanılması olub. Axtarış zamanı təxminən 20 qutu müxtəlif material və əşyalar aşkarlanıb.

Qutuların içərisində uşaqların seksual istismarını əks etdirən materiallar olduğu iddia edilən kitab və jurnallar, ağ-qara fotolar, VHS kasetləri, kompüterlər, sərt disklər və fleş yaddaş qurğuları tapıldığı bildirilir.

Qeyd edək ki, keçmiş Hollivud işıqlandırma mütəxəssisi olan Tomas Markl son illərdə müxtəlif ölkələrdə yaşayıb. O, əvvəlcə Meksikaya, daha sonra Filippinə köçüb. Bu ilin yazında isə ABŞ-ın Florida ştatına qayıdıb.

Məlumata görə, saxlanılmasından qısa müddət əvvəl o, demensiyadan əziyyət çəkən şəxslər üçün nəzərdə tutulmuş xüsusi müəssisəyə yerləşdirilib. Tomas Marklın ötən il ayağının amputasiya edildiyi və hazırda əlil arabasından istifadə etdiyi bildirilir. (axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.