Son 70 ilin ən sərt qışı gəlir... - Bakı üçün iki rekord şaxta tarixi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqların səsləndiyini, amma gözlənilən soyuqların baş vermədiyini bildirirlər.
Bu il Azərbaycanda qış necə keçəcək? Ölkədə indiyədək ən sərt qış hansı ildə qeydə alınıb?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənova əslində, qışın sərt keçəcəyini aylar öncədən qəti şəkildə söyləmək elmi baxımdan düzgün deyil deyib.
"Çünki Azərbaycanın hava şəraiti müxtəlif atmosfer proseslərinin təsiri altında formalaşır. Arktikadan daxil olan soyuq hava kütlələri, atmosfer təzyiqinin dəyişməsi, Xəzər dənizinin təsiri və regional hava dövranı qışın gedişinə birbaşa təsir göstərir. Bu səbəbdən qışın bütövlükdə sərt keçməsi ilə ayrı-ayrı günlərdə kəskin şaxtaların müşahidə olunmasını fərqləndirmək lazımdır. Hazırkı məlumatlara görə, Azərbaycanda 2026-2027-ci illərin qışının son 70 ilin ən sərt qışı olacağını təsdiqləyən etibarlı əsas yoxdur. Maraqlı məqam odur ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun mütəxəssisi Səfər Səfərovun açıqlamasında qarşıdakı qışın ümumilikdə mülayim keçə biləcəyi bildirilib. Bununla belə, ayrı-ayrı günlərdə temperaturun kəskin aşağı düşməsi və qar yağması istisna edilmir. Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 30-da açıqladığı noyabr proqnozunda da ölkə üzrə temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu, hələ qışın üç ayı üçün proqnozu deyil, lakin mövsümə keçid dövrünün qiymətləndirilməsi baxımından əhəmiyyətlidir".
Ekoloq bildirib ki, Azərbaycan ərazisində iqlim şəraiti eyni deyil:
"Bakı və Abşeronda mülayim keçən qış dağlıq ərazilərdə sərt şaxtalarla müşayiət olunur. Naxçıvan, Qazax-Gəncə bölgəsi, Quba-Qusar və yüksək dağlıq ərazilərdə temperatur fərqləri daha kəskin hiss edilir. Azərbaycanın meteoroloji tarixində xüsusilə 1949, 1967, 1968, 1972, 1978 və 1979-cu illərin qışları sərt hava şəraiti və güclü qar yağması ilə yadda qalıb. Bakıda isə rekord şaxtalarla bağlı xüsusi diqqət çəkən iki tarix var. 1969-cu ilin 9-10 fevralında Bakıda temperatur mənfi 9,6 dərəcəyədək enib. 2012-ci ilin 8 fevralında temperatur mənfi 11 dərəcəyə düşərək əvvəlki rekordu yeniləyib. Həmin vaxt şaxtalı hava 13 gün davam edib. O dövr son 40 ilin ən soyuq fevral ayıdır".
İB sədri qeyd edib ki, bəzən dünyanın ayrı-ayrı regionlarında gözlənilən atmosfer dəyişiklikləri bütün ölkələrə aid edilərək sensasiyalı başlıqlarla yayımlanır:
"Məsələn, bu il yayılan bəzi xəbərlərdə "El Nino" və qütb burulğanı ilə bağlı proseslərə istinad edilərək son 70 ilin ən sərt qışından danışılır. Halbuki bu iddialar Azərbaycanın meteoroloji müşahidələri əsasında verilmiş rəsmi proqnoz deyil. Uzunmüddətli proqnozlar ehtimal xarakteri daşıyır və zaman keçdikcə yenilənməlidir. Burada əsas məsələ qorxutmaq yox, hazırlıqlı olmaqdır. Bu barədə səsləndirilən fikirlərə ehtiyatla yanaşmaq lazımdır. Azərbaycanda da qısamüddətli şaxtalar, güclü küləklər, qar yağması və temperaturun kəskin dəyişməsi ehtimalı hər zaman nəzərə alınmalıdır. İctimaiyyətə verilən hava məlumatlarında da sensasiyadan çox elmi əsaslandırmaya üstünlük verilməlidir. Çünki hər il təkrarlanan, lakin reallaşmayan qorxulu proqnozlar insanların meteoroloji xəbərdarlıqlara inamını azaldır".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Uşaq doğulan ailələrə 1500 manat veriləcək - Rəsmi
-
Analara verilən pul 2,5 dəfədən çox artırılır - Yeni məbləğ
-
Dəfn pulu da artırılır
-
Körpəsi olan ailələrə şad xəbər - Uşaq pulu verildi
-
Bakıda türk serialına görə kişi infarkt keçirdi – Təcili əməliyyat olundu - (Video)
-
Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir
XƏBƏR LENTİ
-
Bakıda 16 mərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi
-
Uşaq doğulan ailələrə 1500 manat veriləcək - Rəsmi
-
Analara verilən pul 2,5 dəfədən çox artırılır - Yeni məbləğ
-
Dəfn pulu da artırılır
-
İran ordusunun zabiti öldürüldü
-
Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi
-
Körpəsi olan ailələrə şad xəbər - Uşaq pulu verildi
-
Bakıda türk serialına görə kişi infarkt keçirdi – Təcili əməliyyat olundu - (Video)
-
Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir
-
Xəstəxanada 125 min manatlıq mənimsəmə - Vəzifəli şəxs ittiham olunur
-
Seda Sayan: "İtirdiyi komforta görə yanıb-yaxılır"
-
Qızıl bahalaşdı
-
Son 70 ilin ən sərt qışı gəlir... - Bakı üçün iki rekord şaxta tarixi
-
Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü
-
Çempionlar Liqası: "Fənərbağça" və "Sabah" meydana çıxır
-
Hörmüz boğazında 4 tanker minaya düşdü
-
Abşeron Ticarət Mərkəzinin qarşısında faciəvi hadisə
-
ABŞ-də qızılca epidemiyası: Minlərlə insan yoluxdu, ölən var
-
Yollarda görünüş məsafəsi məhdudlaşdı - Sürücülərə xəbərdarlıq
-
Nikolas Keyc evsiz qaldı
-
Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - (Yenilənib)
-
Qazaxda məktəbli 33 yaşlı kişini bıçaqladı
-
Azərbaycan neftinin qiyməti açıqlandı
-
Camaat idman edib arıqlayır, mən kökəlirəm





