İdman

Çempionlar Liqası: "Fənərbağça" və "Sabah" meydana çıxır

4 Noyabr 2026 09:59
Baxış: 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun son oyunları bu gün keçiriləcək.

Milli.Az xəbər verir ki, turun proqramında doqquz qarşılaşma yer alıb.

Günün diqqətçəkən görüşlərindən biri Yunanıstanda baş tutacaq. Burada "AEK Afina" "Real Madrid"i sınağa çəkəcək. Türkiyədə isə "Fənərbağça" doğma meydanda İngiltərənin "Liverpul" klubunu qəbul edəcək.

Gecə seansında da maraqlı qarşılaşmalar az olmayacaq. "Borussiya Dortmund" - "Real Betis", "Porto" - "Napoli", "Leypziq" - "Mançester Siti" və "Slaviya Praqa" - "Arsenal" oyunları turun diqqətçəkən dueləri sırasındadır.

Azərbaycan futbol ictimaiyyətinin maraqla gözlədiyi görüş isə Norveçdə keçiriləcək. "Sabah" səfərdə "Vikinq"lə qarşılaşacaq. Bakı klubu bu matçda turnirdə səfər qələbəsi qazanmaq niyyətindədir.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, IV tur

4 noyabr

21:45. "AEK Afina" - "Real Madrid"

21:45. "Fənərbağça" - "Liverpul"

5 noyabr

00:00. "Borussiya Dortmund" - "Real Betis"

00:00. "Porto" - "Napoli"

00:00. PSV - "Brügge"

00:00. "Leypziq" - "Mançester Siti"

00:00. "Lans" - "Komo"

00:00. "Slaviya Praqa" - "Arsenal"

00:00. "Vikinq" - "Sabah"

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.