“Etibar Pirverdiyev aylıq 55 min manat maaş alır?”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
3 milyon manatdan çox mənimsəmədə ittiham olunan "Azenco" şirkətinin İdarə Heyətinin, sonradan isə Müşahidə Şurasının sədri Vüqar Əliyevin məhkəmə araşdırması gərgin tonda davam edir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda "Azenco"nun İdarə Heyətinin hazırki sədri Pərviz Hacıyev ifadə verib.
Cinayət baş verən dövrdə Pərviz Hacıyev "Azenco"nun İdarə heyətinin, Vüqar Əliyev isə Müşahidə şurasının sədri işləyib.
Şahid qismində dindirilən Hacıyevi əvvəlcə prokuror Valeh Ələkbərov sorğu-sual edib. Prokuror şahiddən ilk olaraq hazırda mühakimə edilən sələfinin hansı səlahiyyətlərinin olduğunu soruşub.
Pərviz Hacıyevin sözlərinə görə, bütün şirkəti Vüqar Əliyev idarə edib. Maliyyə məsələlərinə də birbaşa o cavabdeh olduğu üçün bütün ödənişlər onun göstərişi ilə həyata keçirilib.
Fotoda: Pərviz Hacıyev

Prokuror Ələkbərovun "Elə olubmu siz Vüqar Əliyevə demisiniz ki, bu qərarınız şirkətə ziyandır, amma o, öz bildiyini edib?" - sualına şahid "Bəli, olub" - deyə, cavab verib.
Bu iş üzrə əsas məsələlərdən biri keçirilən tenderlərlə bağlıdır. İndiki İdarə Heyəti sədri deyir ki, Vüqar Əliyevin dövründəki tenderlər uğursuz olub, şirkət heç bir xeyir görməyib.
Təqsirləndirilən şəxs isə bunun tam əksini bildirir. Vüqar Əliyevin dediyinə görə onun tenderlərin keçirilməsi ilə bağlı heç bir səlahiyyəti olmayıb. Şirkətdə toplantı olub, tender qiymətlərini də elə Pərviz Hacıyev özü təqdim edib.
Bu yerdə prokuror Vüqar Əliyevdən tenderlə bağlı Özbəkistana niyə getdiyini soruşub. "Bu suala Etibar Pirverdiyevlə birgə cavab verməliyik" - deyə, Əliyev cavab verib.
Prosesin davamında Pərviz Hacıyev təqsirləndirilən şəxsin və vəkilləri Nurlan Məmmədovla Elşən Əliyevin suallarını cavablandırıb.
İş materiallarında mənimsəmə kimi göstərilən epizodlardan biri gül mağazasından bir gündə 15 min manatlıq gül alınması ilə bağlıdır. Başqa bir epizodda isə yazılıb ki, şirkət vəsaiti hesabına 44 min 900 min manatlıq içki alınıb.
.jpg)
Vəkillər Hacıyevlə məhz bu məqamlarla bağlı sual verib, ondan Vüqar Əliyevə kənar xərclərlə bağlı xəbərdarlıq edib-etmədiyini soruşub: "Vüqarın elə bir səlahiyyəti var idi ki, ona heç kim xəbərdarlıq edə bilməzdi. Hədiyyə məsələlərinə gəldikdə isə deyirdi, tutaq ki, energetika günüdür, gül və ya içki alınmalıdır".
Vəkilin dediyinə görə, Vüqar Əliyev Pərviz Hacıyevə də hədiyyə "İphone" markalı telefon alıb. Həmin telefon da onun üzərinə mənimsəmə kimi yazılıb. "O biri hədiyyələri niyə saymırsız, bir dənə mənə alınan "İphone"u gördünüz?!" - deyə şahid Hacıyev telefon məsələsinə reaksiya verib.
Vəkil "Etibar Pirverdiyevi tanıyırsınızmı, onun vəzifəsi nədir?" sualını verəndən sonra zalda mübahisə yaranıb. Əvvəlcə prokuror suala etiraz edib.
Pərviz Hacıyev də Pirverdiyevin məsələyə aidiyyətinin olmadığını, onun şirkətdə sadəcə məsləhətçi işlədiyini deyib. Vüqar Əliyevin vəkili isə şahidin yalan danışdığını əlavə edib: "Etibar Pirverdiyev aylıq 55 min manat maaş alır? Məsləhətçiyə bu qədər pul verirlər?"
Vüqar Əliyev özü də şahiddən düz danışmasını xahiş edib. O, Etibar Pirverdiyevə öz aralarında şef dediklərini, bütün məsələrə nəzarət etdiyini, Özbəkistan səfərinə də onunla birgə getdiyini bildirib.
Fotoda: Hakim Neymət Məmmədov

Prosesin sonunda vəkillər təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıblar. Vüqar Əliyev vəsatəti özü əsaslandırıb. O, 5 azyaşlı uşağının olduğunu və hazırda atasının da əməliyyat keçirdiyini deyib. İstintaqın gedişinə heç bir təsir imkanı olmadığı üçün həbsdən azad edilməsini xahiş edib.
Əsas hakim Neymət Məmmədov vəsatətdəki əsasların əvvəlkilər kimi eyni xarakterli olduğunu bildirib. Həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığından vəsatət təmin edilməyib.
Növbəti proses noyabrın 16-sı keçiriləcək.
Qeyd edək ki, "Azenco" şirkətinin "Azərenerji"nin keçmiş rəhbəri Etibar Piriverdiyevə bağlı olduğu bildirilir. Vüqar Əliyev 2022-2023-cü illərdə şirkətin İdarə Heyətinin sədri, sonradan isə Müşahidə Şurasının sədri işləyib. O, 1 il əvvəl daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
DİGƏR XƏBƏRLƏR
-
TikTok-da tanış olduğu qadını gecələməyə razı sala bilməyib döydü
-
Bakıda qadın TikTok-da canlı yayım zamanı öldü
-
“Etibar Pirverdiyev aylıq 55 min manat maaş alır?”
-
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı - (Yenilənib)
-
İspaniyada qapıçı ilə toqquşan futbolçu öldü
-
Özlərini bank və polis əməkdaşı kimi təqdim edənlər saxlanıldı - DİN-dən əməliyyat
XƏBƏR LENTİ
-
TikTok-da tanış olduğu qadını gecələməyə razı sala bilməyib döydü
-
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı
-
“Muhteşem yüzyıl"ın Mustafası italyan xanımı ilə - (Video)
-
Aeroportlarda VİP otaqlara giriş qaydası dəyişdi
-
AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)
-
Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE
-
Qələbənin arxitekturası: “The War for Karabakh” və ya Qərb hərb elmi Azərbaycan təcrübəsini necə oxuyur?
-
Masallıda 15 yaşlı qızın qaçırıldığı iddia olunur
-
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
-
Bəzi xəstəxanaların adı dəyişdirildi
-
Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib
-
Arda Güler Mbappe və Yamalı geridə qoydu – İlk sıradadır
-
“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə etdi
-
Bakıda qadın TikTok-da canlı yayım zamanı öldü
-
Qışda təhlükəsiz sürüş üçün avtomobildə nələr dəyişməlidir?
-
Dilarə Əliyeva efirdə hönkür-hönkür ağladı - (Video)
-
“Etibar Pirverdiyev aylıq 55 min manat maaş alır?”
-
Nepalda iki turist helikopteri toqquşdu
-
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı - (Yenilənib)
-
Azərbaycanın 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılır
-
Nəzakət Məmmədovanın qızı nikahını kilsədə bağladı - (Video)
-
Kremlin saatı 10 gün işləməyəcək
-
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
-
Azərbaycanın investisiya üstünlüyü: İstehsaldan regional ixraca





