Azərbaycanın 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılır
Milli Məclisdə "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsinə başlanılır.
Qanun layihəsi noyabrın 4-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur.
Büdcə gəlirlərinin əsas mənbələrini vergilər, gömrük rüsumları, dövlət əmlakından daxilolmalar, dövlət müəssisələrinin dividendləri və dövlət büdcəsinə transfertlər təşkil edir.
2027-ci il dövlət büdcəsinin gəlirlərində ən böyük pay əlavə dəyər vergisi üzrə 9 milyard 386 milyon manat, hüquqi şəxslərin mənfəət vergisi üzrə 6 milyard 983 milyon manat və fiziki şəxslərin gəlir vergisi üzrə 3 milyard 70 milyon manat təşkil edir. Dövlət büdcəsinə müvafiq qurumdan transfertin yuxarı həddi isə 11 milyard 900 milyon manat müəyyənləşdirilir.
Büdcə xərclərinin əsas istiqamətləri arasında iqtisadi fəaliyyət, müdafiə və milli təhlükəsizlik, təhsil, ümumi dövlət xidmətləri, sosial müdafiə və sosial təminat, eləcə də səhiyyə yer alır. İqtisadi fəaliyyətə 8 milyard 907,3 milyon manat, müdafiə və milli təhlükəsizliyə 8 milyard 816,4 milyon manat, ümumi dövlət xidmətlərinə 5 milyard 521,8 milyon manat, təhsilə 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminata 4 milyard 914 milyon manat, səhiyyəyə isə 2 milyard 84,1 milyon manat ayrılması nəzərdə tutulur.
Təhsil xərclərinin 2 milyard 185,4 milyon manatı ümumi təhsilə, 434,8 milyon manatı məktəbəqədər təhsilə, 240,6 milyon manatı ali təhsilə yönəldiləcək. Səhiyyə sahəsində icbari tibbi sığorta fonduna 1,1 milyard manat ayrılması planlaşdırılır. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə isə dövlət büdcəsindən 1,6 milyard manat vəsait nəzərdə tutulur.
İqtisadi fəaliyyət istiqaməti üzrə 6 milyard 4 milyon manat tikinti və şəhərsalma sahəsinə, o cümlədən 5,3 milyard manat dövlət əsaslı vəsait qoyuluşuna, yəni investisiya xərclərinə ayrılacaq.
Kənd təsərrüfatı üçün 1 milyard 379,5 milyon manat, ətraf mühitin mühafizəsi üçün 438,6 milyon manat, mənzil və kommunal təsərrüfatı üçün isə 335,2 milyon manat nəzərdə tutulur.
Dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı həddi daxili borc üzrə 772,5 milyon manat, xarici borc üzrə isə 1 milyard 427,5 milyon manat müəyyən edilir. Bu məbləğlərə müvafiq olaraq 635,3 milyon manat və 364 milyon manat faiz xərcləri daxildir.
2027-ci ildə daxili dövlət borclanmasının yuxarı həddinin 2,5 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddinin 6 milyard manat olması nəzərdə tutulur. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi də 6 milyard manat müəyyənləşdirilir.
Dövlət büdcəsinin 3 milyard 146 milyon manatlıq kəsirinin özəlləşdirmədən və digər mənbələrdən daxilolmalar, daxili və xarici borclanma, eləcə də 2027-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında mövcud olacaq sərbəst qalıq hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
2027-ci il üzrə icmal büdcənin xərclərinin yuxarı həddi 50 milyard 377,1 milyon manat, müvafiq qurumun gəlirləri nəzərə alınmadan icmal büdcə kəsirinin yuxarı həddi isə 16 milyard 74,1 milyon manat müəyyən edilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılır
-
Paşinyan diktatura qurur, Qərb göz yumur
-
Milli Məclisin iclası başlayıb - (Yenilənib)
-
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
-
Prezident İlham Əliyev Panama Prezidentini təbrik edib
-
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
XƏBƏR LENTİ
-
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
-
Bəzi xəstəxanaların adı dəyişdirildi
-
Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi təsdiqlənib
-
Arda Güler Mbappe və Yamalı geridə qoydu – İlk sıradadır
-
“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə etdi
-
Bakıda qadın TikTok-da canlı yayım zamanı öldü
-
Qışda təhlükəsiz sürüş üçün avtomobildə nələr dəyişməlidir?
-
Dilarə Əliyeva efirdə hönkür-hönkür ağladı - (Video)
-
“Etibar Pirverdiyev aylıq 55 min manat maaş alır?”
-
Nepalda iki turist helikopteri toqquşdu
-
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı - (Yenilənib)
-
Azərbaycanın 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılır
-
Nəzakət Məmmədovanın qızı nikahını kilsədə bağladı - (Video)
-
Kremlin saatı 10 gün işləməyəcək
-
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
-
Azərbaycanın investisiya üstünlüyü: İstehsaldan regional ixraca
-
Türkiyəli reper xəstəxanaya yerləşdirildi
-
Azərbaycanda onlayn alış-verişdə qaydalar dəyişir
-
Hakimlərimiz Avropa Liqasının iki oyununa təyinat aldı
-
Rəqsanə qızı Yananı əməliyyata belə yola saldı – (Video)
-
Bəxtiyar Dali həbs edildi
-
Hərbi prokurorun səlahiyyətləri genişləndirilir
-
İspaniyada qapıçı ilə toqquşan futbolçu öldü
-
Özlərini bank və polis əməkdaşı kimi təqdim edənlər saxlanıldı - DİN-dən əməliyyat





