Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (bundan sonra - Agentlik) Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib.
Eyni zamanda Agentliyin tabeliyində "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi" (bundan sonra - Mərkəz) büdcə təşkilatı yaradılır.
Müəyyən edilib ki, Mərkəz Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir.
Mərkəzin işçilərinin say həddi 200 ştat vahididir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:
- Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını;
- Agentliyin Kollegiya üzvlərinin sayını və tərkibini;
- Mərkəzin işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərini və əməyin ödənilməsi sistemini;
- Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin cari fəaliyyətinin təşkili üçün zəruri olan aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etməlidir.
Eyni zamanda bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Agentlik Mərkəzin əsasnaməsini və strukturunu bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
- Agentliyin və Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır.
- Mərkəzin 2026-cı ildə maliyyələşdirilməsini "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsinin 1.11.6.10-cu abzasında nəzərdə tutulmuş vəsait hesabına təmin etməlidir.
- "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan büdcə təşkilatının strukturunun və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.
Sənədə əsasən, "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 1594 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 105 (Cild I); 2024, № 2, maddə 145) 1-ci və 2-ci hissələri ləğv edilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Tanınmış oftalmoloq-cərrah yeni şöbəyə rəhbərlik edəcək
-
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı
-
Aeroportlarda VİP otaqlara giriş qaydası dəyişdi
-
Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE
-
Qələbənin arxitekturası: “The War for Karabakh” və ya Qərb hərb elmi Azərbaycan təcrübəsini necə oxuyur?
XƏBƏR LENTİ
-
Tanınmış oftalmoloq-cərrah yeni şöbəyə rəhbərlik edəcək
-
DTX-dən əməliyyat: Xaricdən idarə olunan qruplaşmanın təşkilatçısı həbs edildi - (Foto)
-
“Arka Sokaklar” yayımlanacaq? - "Mesut komiser" açıqladı - (Video)
-
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
TikTok-da tanış olduğu qadını gecələməyə razı sala bilməyib döydü
-
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı
-
“Muhteşem yüzyıl"ın Mustafası italyan xanımı ilə - (Video)
-
Aeroportlarda VİP otaqlara giriş qaydası dəyişdi
-
AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)
-
Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE
-
Qələbənin arxitekturası: “The War for Karabakh” və ya Qərb hərb elmi Azərbaycan təcrübəsini necə oxuyur?
-
Masallıda 15 yaşlı qızın qaçırıldığı iddia olunur
-
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
-
Bəzi xəstəxanaların adı dəyişdirildi
-
Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib
-
Arda Güler Mbappe və Yamalı geridə qoydu – İlk sıradadır
-
“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə etdi
-
Bakıda qadın TikTok-da canlı yayım zamanı öldü
-
Qışda təhlükəsiz sürüş üçün avtomobildə nələr dəyişməlidir?
-
Dilarə Əliyeva efirdə hönkür-hönkür ağladı - (Video)
-
“Etibar Pirverdiyev aylıq 55 min manat maaş alır?”
-
Nepalda iki turist helikopteri toqquşdu
-
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı - (Yenilənib)
-
Azərbaycanın 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılır





