"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanlılığı itirmişik, indi onu axtarıram. tapan olsa, mənə xəbər eləsin"
Milli.Az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında müğənni Nadir Qafarzadə ölkədə Hellouin bayramının qeyri-adi tərzdə keçirilməsi barədə danışarkən deyib.
O, bildirib ki, uşaqların beyni ağ kağız kimidir, onlara nə aşılansa, beyinlərinə onu həkk edəcəklər.
"Milli dəyərlər, adət-ənənələr, böyüyə hörmət, kiçiyə qayğı, özümüzə məxsus bayramlar... Bunları itirmişik. Bir var insanın canı üstündə olsun, ona süni nəfəs verəsən, dərman verəsən, yenidən özünə gəlsin. Bir də var ki, artıq ölüb, onu həyata qaytarmaq mümkün deyil.
Çox təəssüf edirəm, bu gənclər, bu uşaqlar gələcəyin qatilləridir.
Bu, ölülərin bayramıdır, Şeytan bayramıdır. Biz uşaqlarımıza psixoloji olaraq nəyi aşılamaq istəyirik? Gələcəkdə bu uşaqların bəziləri, hətta bir çoxu valideynlərinin, bacı-qardaşlarının, qohum-əqrəbasının, bütövlükdə cəmiyyətin qatillərinə çevrilə bilərlər. Mən belə bir ehtimaldan narahatam. Çünki burada qandan, ölümdən, zombi obrazlarından söhbət gedir. Uşaqların beyni ağ kağız kimidir. Onlara nəyi aşılasaq, beyinlərinə də onu həkk edəcəklər.
Bəlkə fikrimi düzgün ifadə edə bilmirəm? O səbəbdən gələcəkdən qorxuram. Bilirsiniz, bu, Amerikada ola bilər. Artıq onlar buna öyrəşiblər, belə şeyləri adət halına gətiriblər. Terror və digər bu kimi hadisələr də onların cəmiyyətində baş verir. Amma bizim Şərq ölkəmizdə bu, qəbul edilə bilməz. Bizim düşüncə tərzimiz, dünyagörüşümüz Şərq düşüncəsidir. Biz çox şeyi nəticəsini düşünmədən edirik, bunun sonunun nə ilə bitəcəyini fikirləşmirik.
Ona görə də valideynlərə səslənirəm: Siz nə etmək istəyirsiniz? Bu, əyləncə deyil. Bəlkə düşünürlər ki, yaşlanmışam, fikirlərim də köhnəlib. Xeyr, mənim beynim də yerindədir, ağlım da yerindədir, ədəb-ərkanım da yerindədir. Mənim içimdə də bir gənclik var, yaş sadəcə rəqəmdir.
Dünyagörüşümə gəlincə, mən bütün dünyanı gəzmişəm. Dünyanın müxtəlif ölkələrində olmuşam, onların adət-ənənələrini, dəyərlərini, milli xüsusiyyətlərini tanıyıram. Amma Azərbaycanda son zamanlar baş verənlərə görə şokdayam. Əvvəllər təəccüblənirdim, indi isə artıq şoka düşürəm. Biz nə etmək istəyirik? Məqsəd nədir? Niyə axı? Axı niyə?
O uşaqlar, balaca-balaca qızlar və oğlanlar zombi paltarları geyinirlər, qorxulu obrazlarda görünürlər. Bu, yaxşı bir şey deyil, bu, korun əlinə bıçaq vermək kimi bir şeydir".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
Röyanın evindəki bu otaq diqqət çəkdi - (Video)
-
Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"
-
ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - Özü açıqladı - (Video)
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Azərbaycan mətbuatından oğurlanan pullar





