Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bolqarıstanın paytaxtı Sofiya şəhərində oktyabrın 31-dən noyabrın 1-dək 16-cı "WSF - şotokan karate" üslubu üzrə Avropa ölkələrinin çempionatı keçirilib.
Bu barədə Milli.Az-a Karate Federasiyasından məlumat verilib.
Məlumata əsasən, yarışda Azərbaycan Karate Federasiyasının (AKF) deflimpiya və parakarate üzrə yığma komandaları, eləcə də digər idmançılarımız uğurla çıxış ediblər.
Çempionatda ölkəmizi təmsil edən idmançılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə apararaq yüksək nəticələr əldə ediblər.
Parakarate yarışlarında Aysel Əhmədli bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.
Deflimpiyaçılar arasında keçirilən yarışlarda isə Hikmət Ağayev, 75 kiloqram çəki dərəcəsində Elmin Hüseynli və kata üzrə Aytən Qədirova qızıl medal qazanıblar.
16-17 yaşlı idmançılar arasında 61 kiloqram çəki dərəcəsində Yusif Əzimzadə, böyüklər arasında 60 kiloqramda Nizaməddin Əzimzadə və 75 kiloqramda Ələkbər Əlizadə gümüş medala layiq görülüblər.
Elnur Qasımzadə və Fəqan Yasimov isə 67 kiloqram çəki dərəcəsində bürünc medal qazanaraq yığmamızın uğurlarına töhfə veriblər.
Şotokan karate üzrə fərdi yarışlarda da Azərbaycan təmsilçiləri uğurlu nəticələr əldə ediblər. Böyüklər arasında "Şobu Nihon" kateqoriyasında 75 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Elçin Şiriyev qızıl medal qazanıb. Eyni çəki dərəcəsində Ramin Mazanov, kata üzrə isə Nihad Məmmədzadə gümüş medala sahib olublar.
Gənclər arasında 16-17 yaş kateqoriyasında 68 kiloqram çəki dərəcəsində çıxış edən Əbülfəz Rəfiyev də qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Komanda yarışlarında da Azərbaycan təmsilçiləri fərqləniblər. Kişilərdən ibarət yığma komandamız final görüşündə Türkiyə idmançılarına qalib gələrək qızıl medal qazanıb.
Azərbaycan Karate Federasiyasının "Şotokan karate" üslubu üzrə rəhbəri Rənad Əliyevin müşayiəti ilə çempionat və birincilikdə iştirak edən idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil ediblər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)
-
Arda Güler Mbappe və Yamalı geridə qoydu – İlk sıradadır
-
“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə etdi
-
Hakimlərimiz Avropa Liqasının iki oyununa təyinat aldı
XƏBƏR LENTİ
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib
-
Xətai və Suraxanıda qaz kəsiləcək
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var





