Bakıda torpaq sahələri bahalaşdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin dəyəri orta hesabla 17.9% bahalaşıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.
Bildirilib ki, rayonlar üzrə ən böyük qiymət artımı Səbail rayonunda müşahidə edilib - 29.1%. Yasamal rayonunda torpaq sahələrinin qiyməti 27.1%, Nəsimi rayonunda 24.5%, Nizami rayonunda isə 22.3% yüksəlib. Xəzər rayonunda bahalaşma 20.2 %, Nərimanov rayonunda 19.7%, Xətai rayonunda isə 16.5% səviyyəsində olub:
"Nisbətən mülayim artım Binəqədi rayonunda (14.9%), Sabunçu rayonunda (12.3%), Suraxanı rayonunda (11.2%), Pirallahı rayonunda (8.6%) və Qaradağ rayonunda (8%) qeydə alınıb", - məlumatda qeyd olunur.
Qeyd olunub ki, paytaxtın daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri bütün rayonlarda və əmlak kateqoriyalarında eyni templə getməyib. Bahalaşmanın sürəti əmlakın tipindən, coğrafi mövqeyindən, bazarda formalaşan tələb-təklif nisbətindən, ərazinin spesifik xüsusiyyətlərindən və alıcıların davranış modellərindən asılı olaraq dəyişib.
"AQC qiymətləndirmə prosesində bazar qiymətlərinin analizi, əvvəlki dövrlərlə müqayisəli təhlillər, rayonlar arasındakı qiymət fərqləri, bazar iştirakçılarının və mütəxəssislərin fikirləri, sorğu məlumatları, həmçinin tələb-təklif dinamikasını nəzərdən keçirib. Rayonlar üzrə orta göstəricilərin müəyyən edilməsində ərazilərin bazardakı payı və əhali faktoru da hesablamaya daxil edilib", - məlumatda deyilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib
-
Xətai və Suraxanıda qaz kəsiləcək
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
Metronun ən çox istifadə olunan stansiyası açıqlandı
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
-
"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
Bakı–Qazax yolunda məhdudiyyət olacaq: İki marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
-
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş - Yenilənib
-
“AVAZ-7” Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub - (Foto)
-
Avtomatla atəş açan hərbçinin məhkəməsi başa çatdı
-
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
-
Azərbaycanda bu körpü tam bağlanır
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Tanınmış oftalmoloq-cərrah yeni şöbəyə rəhbərlik edəcək





