Cəmiyyət

Sabah Şərurun 18 kəndində işıq kəsiləcək

3 Noyabr 2026 21:07
Baxış: 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Noyabrın 4-də 154/110/35 kV-luq Arpaçay yarımstansiyasında "AzərEnerji" ASC-nin Naxçıvan Enerji MMC-si tərəfindən təmir-bərpa işləri aparılacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Milli.Az-a verilən məlumata görə, görüləcək işlərlə əlaqədar verilən sifariş əsasında 35 kV-luq Xanlıqlar və Mahmudkənd hava elektrik xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bnunula əlaqədar noyabrın 4-də saat 13:00-dan 15:00-dək Şərur rayonunun Cəlilli, Mahmudkənd, Oğlanqala, Yenihavuş, Xətai, Oğuz, Aşağı Daşarx, Tənənəm, Danyeri, Xanlıqlar, Püsyan, Təzəkənd, Stansiya Daşarx, Ələhli, Vərməziyar, İbadulla, Qışlaq Abbas və Tumaslı kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.