Dünya

Hörmüz boğazında 4 tanker minaya düşdü

4 Noyabr 2026 09:58
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hörmüz boğazının cənub hissəsində neft daşıyan dörd tanker dəniz minalarına düşüb.

Milli.Az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat yayıb.

İİKK-nın açıqlamasında bildirilib ki, Hörmüz boğazının cənubunda yerləşən qadağan olunmuş ərazidən keçməyə çalışan dörd neft tankeri dəniz minalarına məruz qalıb. Məlumata görə, gəmilərdə yanğın baş verib və onlar yanmaqda davam edir.

Bundan başqa, daha iki gəminin saxlanıldığı qeyd olunub.

İran qüvvələri, həmçinin Hörmüz boğazı üzərində ABŞ-yə məxsus MQ-9 Reaper tipli kəşfiyyat və zərbə PUA-sının vurulduğunu iddia edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.