Şou-biznes

“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan

8 Noyabr 2026 00:31
Baxış: 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilinin olmadığını deyən müğənni taksidən çox istifadə etdiyini söyləyib:

"Xanımı bizə qaz əti bişirmişdi. Çox da gözəl idi. Taksidə gəzəndə nə olur ki... Avtomobilim yoxdur. Almağı düşünürəm. Amma kredit yox, nəğd pulla alacağam. Mən cip sevirəm. Rayonlarda, yollarda oluram. Uşaqlıqda "Niva" sevirdim". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.