"Fənərbağça-Liverpul" matçında geyindiyi corabları 10 min dollara satdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə Fənərbağça-Liverpul matçında geyindiyi corabları 10 min dollara satdığını açıqlayan məşhur iş adamı Ersan Gülməz barəsində cinayət işi üzrə araşdırma aparılması üçün rəsmi müraciət edilib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə "Ersan Diamond" adı ilə tanınan zərgərlik biznesi sahibi Fənərbağçanın Liverpulu 3:2 hesabı ilə məğlub etdiyi qarşılaşmanı tribunadan izləyərkən geyindiyi corabları uğur gətirən əşya kimi təqdim edib.
Gülməz corabları 10 min dollara satdığını, əldə edilən vəsaiti isə dövlət himayəsində olan uşaqlara bağışlayacağını bildirib. O, sonradan 500 min türk lirəsi məbləğində ianə köçürüləcəyini açıqlayıb.
Lakin bu addım Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin sərt reaksiyasına səbəb olub.
Nazirlik dövlət himayəsindəki uşaqların istifadə olunmuş corabların satışından əldə edilən gəlirlə əlaqələndirilməsini qəbuledilməz hesab edib.
Bununla əlaqədar Gülməz barəsində Türkiyə Cinayət Məcəlləsinin 301/1-ci maddəsi - "Türkiyə Cümhuriyyəti dövlətini açıq şəkildə aşağılama" ittihamı üzrə cinayət araşdırması aparılması üçün şikayət verilib.
Qanunvericiliyə əsasən, həmin maddə üzrə təqsiri sübuta yetirilən şəxsləri 6 aydan 2 ilədək həbs cəzası gözləyə bilər.
Nazirlik Gülməzin paylaşdığı ianə qəbzində göstərilən fondun dövlət qurumu olmadığını, müstəqil qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərdiyini də açıqlayıb.
Bundan başqa, qalmaqallı sosial şəbəkə paylaşımının silinməsi və ona girişin məhdudlaşdırılması tələb olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi
-
Yaponiyada güclü zəlzələ oldu
-
"Fənərbağça-Liverpul" matçında geyindiyi corabları 10 min dollara satdı
-
Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
-
Millimizin heyəti açıqlandı
-
Rəqsanə sənətdən gedir
-
Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
-
Mourinyodan Arda Gülərlə bağlı qərarını verdi
-
TƏBİB sədri onu işdən çıxardı - (Foto)
-
AFFA səkkiz komandaya texniki məğlubiyyət verdi
-
Şəhriyar Əbilov: "20 günə 50 min qazandım"
-
Naxçıvan üzrə noyabrın pensiyaları ödənilib
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA
-
Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qaziyə cəza verildi
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
-
Messi Ronaldoya görə qınandı - (Video)
-
Nihat Kahveci "od püskürdü": "Səni boğaram"
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
-
Dələduzluğa görə tutulan 74 yaşlı qadının Fotosu
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - (Foto)
-
Məşhur modelin başı qazandan, ayaqları soyuducudan tapıldı – Yeni detallar - (Foto)
-
Bu gün Azərbaycanda qısa iş günü deyil
-
Asim Şahsuvarlıya yüksək vəzifə verildi
-
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın beynəlxalq münasibətlərə baxışı





