Dünya

Məşhur modelin başı qazandan, ayaqları soyuducudan tapıldı – Yeni detallar - (Foto)

6 Noyabr 2026 14:05
Baxış: 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2023-cü ildə Honkonqda amansızlıqla qətlə yetirilən model və sosial media fenomeni Abbi Çoinin işi üzrə məhkəmədə ortaya çıxan yeni detallar ictimaiyyəti sarsıdıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, məhkəmə-tibbi ekspertin ifadəsinə əsasən, 28 yaşlı qadının başı böyük şorba qazanında, iki ayağı isə soyuducuda tapılıb.

Honkonq Ali Məhkəməsində ifadə verən baş məhkəmə eksperti Kvok Ka-ki bildirib ki, polis tərəfindən müsadirə edilən böyük qazanın içərisindəki mayedə Abbi Çoinin başı aşkarlanıb. Ekspertin sözlərinə görə, kəllənin sağ tərəfində çəkic zərbəsinə uyğun sınıq müəyyən edilib.

Məhkəmədə təqdim olunan digər məlumatlara görə, modelin iki ayağı soyuducunun aşağı hissəsində tapılıb. Mənzilin vanna otağında yerləşən elektrik mişarında isə insan toxuması olduğu ehtimal edilən qalıqlar aşkarlanıb. Ekspert ayaqlardakı kəsiklərin iti alətlə, ölümündən sonra törədildiyini bildirib.

İttiham tərəfinin versiyasına görə, qətlin motivi təxminən 72 milyon Honkonq dolları dəyərində olan lüks mənzillə bağlı mübahisə olub. İddia edilir ki, Abbi Çoinin mənzili satmaq niyyəti keçmiş qayınatası Kvonq Kau ilə münasibətlərində ciddi gərginlik yaradıb.

Qətldə modelin keçmiş əri Aleks Kvonq, keçmiş qayınatası Kvonq Kau və keçmiş qayını Entoni Kvonq ittiham olunurlar. Onlar qətl ittihamını rədd etsələr də, cəsədin qanuni dəfninə mane olmaqla bağlı təqsirlərini etiraf ediblər. Məhkəmə prosesində Kvonq Kau da bu ittiham üzrə əvvəlki mövqeyini dəyişərək günahını etiraf edib.

Qeyd edək ki, Abbi Çoinin qətli 2023-cü ildə Honkonqda böyük rezonans doğurmuşdu. İttiham olunan şəxslər qətldə təqsirli bilinərsə, ömürlük həbs cəzası ilə üzləşə bilərlər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.