ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prokurorluq və daxili işlər orqanları, o cümlədən Bakı şəhəri Nəsimi rayon prokurorluğu və rayon polis idarəsi tərəfindən peşəkar şəkildə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərindən Milli.Az-a daxil olan birgə məlumata görə, 2002-ci il oktyabrın 7-də Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) inzibati binasının həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmovun kəsici-deşici alətlə qəsdən öldürülməsi, ali tədris müəssisəsinin inzibati binasından müxtəlif əşyaların oğurlanması faktına dair Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin icraatı təzələnərək çoxsaylı prosessual hərəkətlər icra olunub.
Keçirilən tədbirləri nəticəsində əldə olunan dəlillərin təhlili nəticəsində qeyd olunan cinayətin həmin ali tədris müəssisəsindən 1997-ci ildə xaric olunan, əvvəllər müxtəlif cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Cahangirov Vüqar Rəhim oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Vüqar Cahangirov bu il noyabrın 4-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, noyabrın 6-da isə Cinayət Məcəlləsinin 120.2.3, (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.5 (tamah məqsədilə qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər davam etdirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Emin Mahmudov bu oyundan sonra milli millidən gedir
-
ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı
-
Əməkdar artist: “Qız uşağı böyüdürəm, evimdə yad kişi istəmirəm” - (Video)
-
Minlərlə sahibkar üçün yeni güzəşt
-
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
“Sabah”ın futbolçusu Puxaç: “O hərəkəti qəsdən etdim”
-
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - (Foto)
-
Qonşu ölkədə çoxuşaqlı ailələrə 65 min dollar veriləcək
-
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
Jorji Jezuşdan Ronaldu ilə bağlı diqqətçəkən addım: Fotosunu...
-
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
-
“Sabah” fransalı futbolçusunu göndərdi (Foto)
-
Bu sahədəki 100%-lik tam vergi azadolması ləğv edilir
-
Azərbaycanda bu taksi şirkətinin adı dəyişdirildi
-
Metronun bu stansiyası yenidən qurulacaq
-
Zəfərin ildönümünə 2 gün qaldı - (Video)
-
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
-
Rəqqasə Fatimə: “Nəvə saxlamaq fikrim yoxdur, qocalanda baxaram”
-
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
-
Usta iş başında öldü
-
Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır
-
Trampdan İrana növbəti təhdid: Tezliklə öyrənəcəksiniz
-
Əməkdar artistdən oğlu ilə bağlı paylaşım





