Şou-biznes

Pərvin Abıyeva: “Yerindən duran maşın sürür”

6 Noyabr 2026 09:57
Baxış: 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aktrisa Pərvin Abıyeva açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi şəhərdə avtomobillərin çoxalmasından, səs-küydən və tıxaclardan narazı olduğunu bildirib. O, insanların şəxsi avtomobil almaq əvəzinə daha çox özlərinə ev almağa üstünlük verməli olduqlarını düşünür.

Abıyeva paytaxtda Çin istehsalı olan avtomobillərin sayının artmasına da münasibət bildirib:

"İnsanlar özlərinə ev alsınlar. Bu nədir, yerindən duran maşın sürür. Şəhər Çin maşınları ilə doludur. Mən dörd ildir şəhərdə yaşamıram, yayda da, qışda da Mərdəkanda qalıram. Əsəblərim şəhərdəki səs-küyə, sıxlığa dözmür, tab gətirə bilmirəm".

Aktrisanın fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.