Cəmiyyət

Azərbaycanda məzuniyyət qaydası dəyişir

5 Noyabr 2026 13:14
Baxış: 95
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir.

Milli.Az xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hal istisna olmaqla (xitam zamanı kompensasiyanın ödənilməsi), əmək məzuniyyətinin Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilən minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunmasının qadağan edilməsi təklif olunur. Eyni zamanda sözügedən layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı anlayışa aydınlıq gətirilir, əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları geniş və dəqiq təsbit olunur.

Layihə çərçivəsində sözügedən hüquqla bağlı digər sahəvi qanunlarda da müvafiq uyğunlaşdırma aparılacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.