İdman

"Sabah"ın "Vikinq"lə matçı bu kanalda yayımlanacaq

4 Noyabr 2026 14:25
Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Çempionlar Liqasının liqa mərhələsində bu gün daha bir oyun günü yaşanacaq.

Milli.Az xəbər verir ki, təqvimin diqqətçəkən matçları arasında Türkiyə, İngiltərə və İspaniya klublarının iştirakı ilə keçiriləcək görüşlər, eləcə də Azərbaycan təmsilçisi "Sabah"ın səfər sınağı var.

Günün erkən qarşılaşmalarında "Fənərbağça" doğma meydanda İngiltərənin "Liverpul" klubunu sınağa çəkəcək. Bakı vaxtı ilə saat 21:45-də start götürəcək matç "CBC Sport" telekanalından canlı yayımlanacaq. Bu saatda baş tutacaq digər oyunda isə "AEK Afina" "Real Madrid"lə qarşılaşacaq. Həmin görüşü İctimai TV nümayiş etdirəcək.

Gecənin növbəti oyunlarında Azərbaycan klubu "Sabah" Norveçdə "Vikinq"in qonağı olacaq. Saat 00:00-da başlayacaq matçın canlı yayımı İctimai TV-də nəzərdə tutulub. Eyni vaxtda Almaniyanın "Borussiya Dortmund" komandası İspaniya təmsilçisi "Real Betis"lə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşü isə "CBC Sport"dan izləmək mümkün olacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

21:45. "Fənərbağça" - "Liverpul" ("CBC Sport")

21:45. "AEK Afina" - "Real Madrid" (İctimai TV)

00:00. "Vikinq" - "Sabah" (İctimai TV)

00:00. "Borussiya Dortmund" - "Real Betis" ("CBC Sport")

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.