Şou-biznes

Nagehan Fəridlə ailəsinin dağılmasının səbəbini açıqladı

4 Noyabr 2026 15:53
Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bloger Nagehan Abdullayeva şəxsi həyatına dair indiyədək gizli saxladığı məqamlardan danışıb.

Milli.Az xəbər verir ki, o, keçmiş həyat yoldaşı Fərid Abdullayevlə yollarını ayırmasına səbəb olan hadisənin xəyanət olduğunu bildirib.

"İç səs" layihəsinə qatılan Nagehan ailəsinin dağılmasının onun üçün ağır zərbə olduğunu etiraf edib. Bloger vaxtilə həyat yoldaşına böyük sevgi bəslədiyini, hətta onun üçün hər şeydən keçməyə hazır olduğunu söyləyib.

"Ayrılığımıza səbəb Fəridin xəyanəti oldu. Çox çətin idi. Həyat yoldaşımı çox sevmişdim. Onun uğrunda ölə biləcək qədər çox...", - deyə o bildirib.

Qeyd edək ki, Nagehan və Fərid Abdullayevin iki övladı var. Keçmiş cütlük ötən il nikahlarını rəsmən sonlandırıb. Boşanmadan sonra Nagehan İstanbula qayıdıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.