Atmosfer havasının çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamı ilə yaradılmış İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası atmosfer havasının çirklənməsinin qarşısının alınması və keyfiyyətinin yaxşılaşdırılması sahəsində sistemli və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair 2028-2035-ci illər üçün Milli Fəaliyyət Planı"nın (bundan sonra - Milli Fəaliyyət Planı) layihəsini 2027-ci il noyabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Milli Fəaliyyət Planının layihəsi hazırlanarkən aşağıdakıları təmin etçəlidir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də müəyyən edilmiş təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioritetlərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında (COP21) qəbul olunmuş Paris Sazişi, habelə Tərəflərin 29-cu Konfransının (COP29) nəticələri və ölkəmizin "Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" sənədi və "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nın hədəfləri ilə kompleks şəkildə həyata keçirilməsini;
- atmosfer havasının keyfiyyətinin mövcud vəziyyətinin, əsas çirklənmə mənbələrinin və hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin qiymətləndirilməsini;
- atmosfer havasının keyfiyyətinin monitorinqi sisteminin təkmilləşdirilməsini, atmosfer havasına atılan zərərli maddələrin, zərərli fiziki təsirlərin və onların mənbələrinin inventarlaşdırılması və dövlət uçotu mexanizmlərinin gücləndirilməsini, habelə transsərhəd çirklənmə üzrə məlumat mübadiləsi mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını;
- əsas iqtisadi sahələr üzrə atmosfer havasına atılan zərərli maddələrin azaldılmasına yönəlmiş tədbirlərin müəyyən edilməsinini və müvafiq ekoloji standartların təkmilləşdirilməsini;
- qabaqcıl texnologiyaların və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini və təkmilləşdirilməsini;
- şəhər və digər yaşayış məntəqələrinin planlaşdırılmasında atmosfer havasının keyfiyyət meyarlarının nəzərə alınmasını, iri şəhərlərdə atmosfer havasının çirklənməsi səviyyəsinə uyğun zonalaşdırma prinsipinin tətbiqini və çirklənmə səviyyəsi yüksək olan ərazilər üçün əlavə tədbirlər planının hazırlanmasını;
- iqtisadi stimullaşdırma alətlərindən, yaşıl maliyyələşmə və dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən istifadə imkanlarının müəyyən edilməsini;
- atmosfer havasının keyfiyyəti barədə məlumatlara ictimaiyyətin çıxışı imkanlarının genişləndirilməsini;
Milli Fəaliyyət Planı layihəsinin hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübədən yararlanmaq məqsədilə beynəlxalq təşkilatların, mütəxəssislərin və ixtisaslaşmış məsləhətçi şirkətlərin cəlb olunması, habelə yerli elmi təşkilatların və mütəxəssislərin, eləcə də vətəndaş cəmiyyəti institutlarının bu sahədə potensialından istifadə edilməsi imkanlarını qiymətləndirməlidir.
Bu Sərəncamın 1.1-ci bəndinin icrasının təmin edilməsi üçün digər zəruri tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)
-
Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan





