Cəmiyyət

Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur

4 Noyabr 2026 15:45
Baxış: 939
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyin edilib.

Qeyd edək ki, Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.

Xatırladaq ki, ötən gün Səbuhi Sadıqov dövlət başçısının Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinə sədr təyin olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.