Cəmiyyət

Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq

4 Noyabr 2026 16:37
Baxış: 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tarifləri təsdiqlənib.

Bununla bağlı Xidmətin Kollegiyası qərar qəbul edib.

Qərarla internet, "Tetra" xüsusi radiorabitə, xüsusi rabitə, "AzStateNet" fiber-optik şəbəkəsindən istifadə və digər xidmətlərin, həmçinin qeyri-büdcə təşkilatları üçün korrespondensiyaların çatdırılması tarifləri müəyyənləşdirilib.

İnternet xidmətləri üzrə kanal tutumundan asılı olaraq hər 1 Mb/s üçün aylıq tarif 10-16 manat təşkil edir. "Tetra" xüsusi radiorabitə sisteminə qoşulma haqqı isə 80 manat müəyyən edilib.

"AzStateNet" şəbəkəsində aylıq qoşulma tarifləri 100 Mb/s sürətli Ethernet port üçün 300 manat, 1000 Mb/s üçün 600 manat, 10000 Mb/s üçün 2000 manatdır.

Tariflər ƏDV-siz göstərilib.

Qərar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.