Dünya

KTMT Ermənistana qarşı sərt qərar verə bilər

4 Noyabr 2026 15:06
Baxış: 434
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası müvafiq gündəliyin təsdiqlənəcəyi təqdirdə, Ermənistana qarşı təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin tətbiqi məsələsini müzakirə edə bilər.

Milli.Az apa-ya istinadən xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taalaibek Masadıkov bu gün Minskdə keçirilən IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistana qarşı 25-ci maddənin tətbiqi ilə bağlı qərar layihəsi hazırlayıb.

Masadıkov bunu Ermənistanın üzvlük haqları və son üç ildə təşkilatın fəaliyyətində iştirak etməməsi ilə əlaqələndirib.

Baş katib bildirib ki, məsələ noyabrın 10-da keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasının gündəliyinə daxil edilərsə, müzakirə olunacaq. Yekun qərar üzv dövlətlərin liderlərinin iclasından sonra məlum olacaq.

Qeyd edək ki, KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilatın büdcəsinə olan borcunu ödəmədikdə, onun təşkilat orqanlarında səsvermə hüququ dayandırıla və vətəndaşlarının kvota vəzifələrinə namizədliyini irəli sürmək hüququ məhdudlaşdırıla bilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.