Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar noyabrın 6-10-da gücləndirilmiş iş rejimində çalışacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, məqsəd bayram günlərində əhalinin keyfiyyətli və fasiləsiz nəqliyyat xidmətləri ilə təmin edilməsidir.
AYNA şəhərlərarası və rayonlararası marşrutlarda təhlükəsiz və fasiləsiz sərnişindaşımanın təşkili, kassalarda biletlərin müəyyən edilmiş tariflərə uyğun və qanunamüvafiq qaydada satışı, sərnişin sıxlığının qarşısının alınması və avtobusların təsdiqlənmiş hərəkət qrafiklərinə ciddi riayət olunması ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq avtobusların hərəkət intervalına və sürücülərin təhlükəsizlik qaydalarına əməl etməsinə xüsusi nəzarət olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə lazımi sayda əlavə avtobus buraxılacaq.
Vətəndaşlar biletləri avtovağzalların kassalarından, həmçinin "biletim.az" portalından onlayn əldə edə bilərlər. Portalda 61 məntəqəyə 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys üzrə 426 nəqliyyat vasitəsi qoşulub.
AYNA vətəndaşlara mənzil başına daha rahat və təhlükəsiz çatmaq üçün biletləri "biletim.az" vasitəsilə onlayn almağı tövsiyə edir. Bildirilib ki, tətbiqdə aparılan təkmilləşdirmələr və əlavə edilən funksiyalar bilet əldə etmək prosesini sürətləndirib və asanlaşdırıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
-
Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb - (Foto)
-
Bakıda mənzillər bir ayda 14% bahalaşdı - Ən çox artım hansı rayondadır?
-
Rayonların büdcəyə nə qədər gəlir gətirəcəyi bəlli oldu
-
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yanvardan yeni məbləğlər açıqlandı
-
Ev almaq istəyənlərə şad xəbər
XƏBƏR LENTİ
-
Nagehan Fəridlə ailəsinin dağılmasının səbəbini açıqladı
-
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
-
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
-
Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb - (Foto)
-
Bakıda mənzillər bir ayda 14% bahalaşdı - Ən çox artım hansı rayondadır?
-
Böyük dünyanın kiçik qəhrəmanları: Rezo Qabriadzenin kuklaları Bakıda - (Foto)
-
“Kızılcık Şerbeti”nin aktrisasının bu səhnəsi gündəm oldu - (Video)
-
Rayonların büdcəyə nə qədər gəlir gətirəcəyi bəlli oldu
-
KTMT Ermənistana qarşı sərt qərar verə bilər
-
Cemre Baysel "Beşiktaş"ın futbolçusu ilə sevgilidir?
-
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yanvardan yeni məbləğlər açıqlandı
-
Zelenski Melaniya Trampı ordenlə təltif etdi
-
“Qarabağ”ın futbolçusu ilk dəfə ölkəsinin millisində
-
Ev almaq istəyənlərə şad xəbər
-
"Sabah"ın "Vikinq"lə matçı bu kanalda yayımlanacaq
-
Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçir
-
Gələn il pensiyalar bu qədər artırılacaq - Rəsmi
-
Bakıda X5 klinikaya çırpıldı - (Foto)
-
“Qalatasaray”lı Batrakovun xanımından gözlənilməz qərar
-
Röyanın səhnə geyimi diqqət çəkdi – (Video)
-
Braziliya millisinin futbolçusu “Trabzonspor”da oynamaq istəyir: "Məni alın"
-
Qazaxda bıçaqlanan kişi Səməd Vurğunun qohumu imiş - Təfərrüat
-
İran sərhədindən Azərbaycana keçmək istəyən 4 əfqan saxlanıldı
-
5 günlük leysan gəlir - Temperatur 10 dərəcə enəcək - Proqnoz





