Şou-biznes

Gültac Əlili: "Ayda 1200 manat "parkovka"ya pul verirəm"

4 Noyabr 2026 12:00
Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aktrisa Gültac Əlili avtomobilini park etmək üçün ödədikləri məbləğin kifayət qədər yüksək olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi "Sevilən səhər" verilişində aparıcının sualını cavablandırarkən gündəlik parkinq haqqının 20 manata başa gəldiyini deyib.

Gültac Əlili aktyor həyat yoldaşı Hüseyn Əlili ilə birlikdə bu xidmətə ay ərzində təxminən 1200 manat ödədiklərini bildirib.

Aktrisa xərcin könüllü seçimdən deyil, zərurətdən qaynaqlandığını vurğulayıb:

"Məcburiyyətdən verirəm. Bunu verirəm. Qazanıram ki, verirəm. Amma əlavə nəsə biznesim yoxdur".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.