Cəmiyyət

Gələn il inflyasiya nə qədər olacaq? - Rəsmi

4 Noyabr 2026 12:25
Baxış: 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır.

Bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.

Nazir qeyd edib ki, növbəti il üçün xam neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb.

"Əlbəttə ki, bugünkü geosiyasi vəziyyəti qiymətləndirdikdə, böyük ehtimalla neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük. Lakin fiskal çərçivənin qorunması, ortamüddətli dövr üzrə vahid fiskal intizamın və proqnozlaşdırmanın tətbiqi üçün biz konservativ yanaşma ilə 65 dollar proqnozunu rəhbər tutmuşuq", - nazir deyib.

O bildirib ki, manatın məzənnəsi 1,7 manat məbləğində müəyyən edilib.

"Dövlət borcu olaraq 2026-cı ilin sonuna proqnozumuz 20 faizdir. Yəni ÜDM-in 20 faizi həddində dövlət borcunu biz proqnozlaşdırırıq. Ortamüddətli dövrün sonuna, yəni 2030-cu ilə bu rəqəmin demək olar ki, eyni qalacağını, 20,3 faiz olaraq reallaşacağını proqnozlaşdırırıq. Bugünkü vəziyyətə bizim ümumi dövlət borcumuz 23,9 milyard manatdır. Bu, cari ilin əvvəli ilə müqayisədə 2,8 faiz bəndi azdır. Azərbaycan bu gün dövlət borcunun ÜDM-ə nisbəti göstəricisi üzrə dünyada ən yaxşı göstəricilərdən birinə malik olan dövlətdir. Borc portfelimizin 16,2 milyard manatı daxili dövlət borcu, 7,7 milyard manatı isə xarici dövlət borcudur", - deyə S.Babayev qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.