Cəmiyyət

"Alimlər arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi elmi inkişaf üçün mühüm əhəmiyyət daşıyır"

4 Noyabr 2026 12:52
Baxış: 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Alimlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi bilik və təcrübə mübadiləsinin gücləndirilməsi ali təhsilin inkişafında mühüm rol oynayır.

Milli.Az xəbər verir ki, bu barədə Qərbi Kaspi Universitetinin  İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Cem İşık elmi tədbirdə bildirib ki, müxtəlif sahələrdən olan tədqiqatçıların bir araya gəlməsi, ortaq elmi fəaliyyətin təşviqi və təcrübə mübadiləsi elmin daha yüksək səviyyəyə çatmasına imkan yaradır.

O qeyd edib ki, Qərbi Kaspi Universitetinin rektoru, professor Bağırovun dəvəti ilə keçirilən görüşdə elmi əməkdaşlığın perspektivləri, birgə tədqiqat imkanları və Azərbaycan ali təhsilinin inkişafına töhfə verə biləcək təşəbbüslər müzakirə olunur.

Çıxış edən alim vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin daha da intensivləşdirilməsi, hər iki ölkənin alimlərinin bilik və təcrübələrini bölüşməsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, əsas məqsəd qarşılıqlı təcrübə mübadiləsi aparmaq, mövcud elmi potensialı birləşdirmək və birgə səylərlə elmi fəaliyyətin keyfiyyətini daha da yüksəltməkdir.

Alim bu cür görüşləri və əməkdaşlıq təşəbbüslərini yüksək qiymətləndirərək onların elmi inkişaf baxımından əhəmiyyətini qeyd edib.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.