Şou-biznes

Deniz Baysalın boşandıqdan sonra verdiyi açıqlama gündəm oldu

4 Noyabr 2026 16:42
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Taşacak Bu Deniz" serialında Esme obrazına həyat verən Deniz Baysal bu dəfə şəxsi münasibətləri barədə danışdıqları ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, aktrisa "AB Talks" layihəsinə qonaq olarkən insanlarla ünsiyyətinə və həyatında verdiyi qərarlara toxunub. O, bir insanla yollarını ayırmaq qərarına gəldikdə geri dönüşə yer qoymadığını və həmin şəxsi həyatından tamamilə uzaqlaşdıra bildiyini ifadə edib.

Baysalın bu açıqlamaları Barış Yurtçu ilə ayrılığından sonra səsləndirməsi isə müzakirələrə yol açıb. Aktrisanın fikirlərinin keçmiş həyat yoldaşı ilə bağlı ola biləcəyi irəli sürülüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.