“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
5 Noyabr 2026 02:05
UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsilçimiz "Sabah" bu gün 4-cü tur oyununu keçirib.
Azərbaycan çempionu Norveçdə "Vikinq"in qonağı olub.
Matç təmsilçimizin 4:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 4-cü tur
00:00. "Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan) 4:1
Qol: E.Botheym,27,90+4, Zlatko Tripiç, 69, Henrik Falkener, 81 - Patrik Mbina, 11
Qırmızı vərəqə: Eyden Makkarti, 78 ("Sabah")
Baş hakim: Sander van der Eyk
Yan xətt hakimləri: Rens Bluemink, Stefan de Qrot
Dördüncü hakim: Coui Koy (hamısı Niderland)
-----------
Komandaların start heyətləri bəlli olub:
"Vikinq": 1 Ostbo, 5 Heqheym, 6 Stennes, 25 Falçener, 28 K. Haugen, 7 Askildsen, 29 Moi, 26 Kvia-Egeskoq, 16 Byordal, 22 Botheym, 10 Tripiç.
"Sabah": 92 Stas Pokatilov, 27 Timoteuş Puxaç, 4 Eyden Makkarti, 3 Stiv Solvet, 80 Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 21 Velko Simiç, 6 Abdulax Xaybulaev, 8 Kristian Nvaçukvu, 99 Patrik Mbina.
------------
UEFA Çempionlar Liqasının liqa mərhələsində bu gün daha bir oyun günü yaşanacaq.
Milli.Az xəbər verir ki, təqvimin diqqətçəkən matçları arasında Türkiyə, İngiltərə və İspaniya klublarının iştirakı ilə keçiriləcək görüşlər, eləcə də Azərbaycan təmsilçisi "Sabah"ın səfər sınağı var.
Günün erkən qarşılaşmalarında "Fənərbağça" doğma meydanda İngiltərənin "Liverpul" klubunu sınağa çəkəcək. Bakı vaxtı ilə saat 21:45-də start götürəcək matç "CBC Sport" telekanalından canlı yayımlanacaq. Bu saatda baş tutacaq digər oyunda isə "AEK Afina" "Real Madrid"lə qarşılaşacaq. Həmin görüşü İctimai TV nümayiş etdirəcək.
Gecənin növbəti oyunlarında Azərbaycan klubu "Sabah" Norveçdə "Vikinq"in qonağı olacaq. Saat 00:00-da başlayacaq matçın canlı yayımı İctimai TV-də nəzərdə tutulub. Eyni vaxtda Almaniyanın "Borussiya Dortmund" komandası İspaniya təmsilçisi "Real Betis"lə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşü isə "CBC Sport"dan izləmək mümkün olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
21:45. "Fənərbağça" - "Liverpul" ("CBC Sport")
21:45. "AEK Afina" - "Real Madrid" (İctimai TV)
00:00. "Vikinq" - "Sabah" (İctimai TV)
00:00. "Borussiya Dortmund" - "Real Betis" ("CBC Sport")
Müəllif: Tural Hüseyn (Milli.Az)