İdman

38 yaşında futbolçu karyerasını bitirdi

5 Noyabr 2026 09:50
Baxış: 38
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kolumbiya millisinin sabiq qapıçısı David Ospina peşəkar futbolçu fəaliyyətini dayandırmaq qərarına gəlib.

Milli.Az xəbər verir ki, 38 yaşlı qolkiper karyerasını başa vurduğunu sosial şəbəkə hesabında yayımladığı açıqlama ilə ictimaiyyətə çatdırıb.

Ospina uzun illər ərzində Avropanın və Səudiyyə Ərəbistanının tanınmış klublarında çıxış edib. O, Kolumbiyanın "Atletiko Nasional", Fransanın "Nitsa", İngiltərənin "Arsenal", İtaliyanın "Napoli" və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandalarının şərəfini qoruyub.

İngiltərə karyerası dövründə "Arsenal"la iki dəfə ölkə kubokunu, üç dəfə isə Superkuboku qazanan qapıçı "Napoli" ilə İtaliya Kubokunun sevincini yaşayıb.

Kolumbiya millisinin heyətində 131 qarşılaşmada meydana çıxan təcrübəli futbolçu 2024-cü ildə Amerika Kubokunun gümüş medalını əldə edib. O, 2016 və 2021-ci illərdə keçirilən turnirlərdə isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, David Ospina 2026-cı ilin yayında Meksikanın "Atletiko" klubu ilə anlaşsa da, dirsəyindəki zədənin yenidən ağırlaşması səbəbindən yeni komandasında rəsmi matça çıxa bilməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.