Cəmiyyət

Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək

5 Noyabr 2026 11:34
Baxış: 53
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Prezident İlham Əliyev 2 oktyabr 2026-cı ildə keçirilən YAP-ın VIII qurultayında qarşıdakı il üçün ölkədə sosial siyasətin daha da təkmilləşdirilməsi, əhalinin rifahının yüksəldilməsinə yönəldilən tədbirlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev  bildirib.

Eyni zamanda ölkə başçısı əməkhaqların, pensiyaların, müavinətlərin artırılacağını bəyan etmiş və bu qərarın əhalinin gəlirlərinin yüksəlməsinə mühüm töhvə verəcəyini qeyd etmişdi: "Qeyd etmək lazımdır ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2026-cı ildə 595 manat təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə orta aylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proznozlaşdırılır".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.