Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.
Milli.Az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına hospitalizasiya olunub.
Arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilən şəxsdə aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb.
Pasiyentin müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
_________________
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində problem yaranıb.
Milli.Az xəbər verir ki,bu haqda Medianews.az-a özəl məlumat daxil olub.
Məlumatda hətta onun xəstəxanaya yerləşdirildiyi haqda da deyilir. Xəbərin doğru olub olmadığını öyrənmək üçün Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova ilə əlaqə saxladıq.
Kəmalə xanım xəbəri təsdiqləyərək anasının hazırda xəstəxanada müalicə aldığını bildirib:
"Anamın səhhətində yaranan problemlər elə bir vəziyyətə çatdı ki, xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər problemi, böyrək, ürək çatışmazlığı və digər daxili orqanlarında çox böyük problemlər yaranıb. Görünür yaşadığı üzüntülər, stres və digər problemlər üst-üstə yığılıb və bir yerdən vurub üzə çıxıb. O da bu günlərə təsadüf edib. Hazırda Sumqayıtda 2 nömrəli şəhər xəstəxanasında müalicə alır. Sağ olsunlar, həkim kollektivi, xəstəxana rəhbərliyi anama böyük diqqət və qayğı göstərir. Anamın müayinə və müalicəsini yüksək səviyyədə təşkil ediblər. Səhhətində bir az irəliləyiş var. Ümid edirəm ki, anam həkimlərin səyi, onu sevənlərin duaları və Allahın köməyi ilə daha da yaxşı olacaq" deyə Kəmalə Həşimova bildirib.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Qaxda BMW aşdı: Xəsarət alan var
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)
-
Ordubadda obyektə zərər vurdu - Saxlanıldı
-
İlon Mask bir günə 30 milyardını itirdi
-
Qızılın qiyməti dəyişdi
-
Almeyda Bakıya gəldi - (Video)
-
Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Rusiyanın itkiləri yeniləndi
-
Dünya bazarında neft ucuzlaşmaqda davam edir
-
38 yaşında futbolçu karyerasını bitirdi
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Əməkdar artist: “Ailəmlə şəkil paylaşanlar bu uğurumuzu vermədilər” - (Video)
-
Avropa Liqasının IV turunun ilk matçı qolsuz bitdi
-
"Brent" ucuzlaşdı
-
Noyabr üç bürcə xoşbəxtlik və şans gətirəcək
-
Unitaza buz kubları atmağa başladılar - səbəb
-
"Azərbaycanda bunları ilk dəfə mən etmişəm" - Abbas Bağırov
-
Arıqlama iynələri tez qocaldır
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası





