Elmir Nuriyev Azərbaycana təhvil verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Nazirlikdən Milli.Az-a bildirilib ki, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin noyabrın 6-da nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2021-ci ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsləri aldadaraq onlara məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətəuyğun olmayan məlumatlar verməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Nuriyev Elmir Elxan oğlunun yeri Almaniyada müəyyən olunub və o həbs edilib.
Baş Prokurorluğun sorğusundan, nazirliyin təqdim etdiyi müvafiq zəmanətlərdən, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Almaniyanın ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Nuriyev Elmir Elxan oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
-
Ülviyyə Rəhimova: “Uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim” - (Foto)
-
Ailəlikcə izləyə biləcəyiniz 5 maraqlı film
-
4 bürc üçün böyük pul günü
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)





