CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - (Video/Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İmroz'da Bahar" filminin tədbiri aktrisanın çoxsaylı pərəstişkarlarını bir araya gətirərək Bakı tamaşaçıları arasında böyük maraq doğurub.
CineMastercard kinoteatrlar şəbəkəsində baş rolun ifaçısı Meryem Uzerlinin iştirakı ilə "İmroz'da Bahar" filminin təqdimatı keçirilib. İlk dəfə Bakıya səfər edən aktrisa burada böyük sevgi və səmimi qonaqpərvərliklə qarşılanıb. Çoxsaylı pərəstişkarları onunla görüşü səbirsizliklə gözləyiblər.
Tədbirə maraq o qədər böyük olub ki, biletlər qısa müddət ərzində tamamilə satılıb. Qala gecəsi tamaşaçılara sevimli sənətçiləri Meryem Uzerli ilə görüşmək, qonağımıza isə Azərbaycan tamaşaçıları ilə bir araya gəlmək fürsəti yaradıb.
Pərəstişkarlarının səmimi sevgisi və gecənin isti atmosferi Meryem Uzerlidə xoş təəssüratlar yaradıb.
Bakıda səfəri çərçivəsində Meryem Uzerli Heydər Əliyev Mərkəzini də ziyarət edib. Mərkəzin memarlığı və ekspozisiyası ilə tanışlıq aktrisada xoş təəssürat yaradaraq ona unudulmaz və müsbət emosiyalar bəxş edib.
Filmin maraqla gözlənilməsinin əsas səbəblərindən biri də Halit Ergenç və Meryem Uzerlinin 15 ildən sonra yenidən böyük ekranda bir araya gəlməsidir. "Muhteşem Yüzyıl" serialı ilə milyonlarla tamaşaçının sevgisini qazanan aktyorlar bu dəfə yeni bir kino layihəsində tərəf müqabili olublar.
Film haqqında qısa məlumat: Uzun müddətdir yaradıcılıq böhranı yaşayan yazıçı Arif redaktorunun məsləhəti ilə bir aylıq istirahət və ilham axtarışı üçün Gökçeada adasına gəlir. Burada o, üç il əvvəl həyat yoldaşını və oğlunu itirmiş, tənha həyat sürən Sonya ilə tanış olur. Keçmişin ağrıları ilə mübarizə aparan Arif və Sonya arasında zamanla gözlənilməz bir yaxınlıq yaranır. Adanın sakit atmosferində bir-birinin həyatına toxunan bu iki insan itkiləri ilə üzləşərkən yenidən sevməyin və həyata bağlanmağın mümkün olub-olmadığını kəşf etməyə başlayır.
Filmdə baş rolları Halit Ergenç və Meryem Uzerli canlandırıblar. Filmin rejissoru və ssenari müəllifi beynəlxalq kinofestivallarda tanınan işləri ilə seçilən məşhur türkiyəli kinorejissor Özcan Alperdir. Filmin istehsalı Sky Films şirkətinə məxsusdur. Prodüseri Emre Oskaydır.
"İmroz'da Bahar" filmi noyabrın 5-dən etibarən Cinema Distribution şirkətinin dəstəyi ilə Azərbaycanda eksklüziv olaraq CineMastercard kinoteatrlar şəbəkəsinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən kinoteatrlarında nümayiş olunacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - (Video/Foto)
-
Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)
-
“Çalıkuşu”nun kiçik “Fəridə”si illər sonra - (Video)
-
Mustafa Sandalın yeni görünüşü diqqət çəkdi - (Video)
-
“Yeraltı”nın Sultanı sevgilisi ilə görüntüləndi – (Video)
-
Sinan Özen qəzaya düşdü - (Foto)
XƏBƏR LENTİ
-
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - (Video/Foto)
-
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - (Foto)
-
Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək - (Video)
-
Bu uşaqlar da məcburi köçkün statusu ala biləcək - Rəsmi
-
23 tondan çox dondurulmuş hind quşu əti məhv edildi
-
“Barselona” Rafinya ilə yeni müqavilə imzaladı
-
İsmayıl Qartala İrandan rəsmi təklif
-
Ziraat Bank Azərbaycan - maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
-
Bakıda yağış yağır - Faktiki hava
-
Bir bankın iflası ölkəni silkələdi - 3 milyon insan zərər çəkdi
-
Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)
-
Gömrükdə bəyan edilməmiş tibbi mallar ələ keçirildi
-
Aptekdən 35 min manat oğurlandı
-
Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirləri görülüb?
-
İran Ermənistana xəbərdarlıq edib
-
“Çalıkuşu”nun kiçik “Fəridə”si illər sonra - (Video)
-
Avropada təyyarələr havada qaldı - Üç sərnişin təyyarəsi təcili endirildi
-
Mikayıl Budaqova yeni vəzifə verildi
-
Zəngilan Aqroparkı yaradılır - Fərman
-
Prezident İlham Əliyev media nümayəndələrini təltif edib
-
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti təbrik edib
-
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
-
“Atalardan oğullara hərb sənəti” adlı sərgisi açıldı - (Foto)





